Buna Merabi Cibutiyanın posesə gəlməməsi səbəb olub
Dövlət çevrilişinə cəhddə ittiham olunan «Yeni Fikir» Gənclər Birliyinin sədri Ruslan Bəşirli və onun müavinləri Ramin Tağıyevlə Səid Nurinin aprelin 6-da keçirilməsi nəzərdə tutulan məhkəmə iclası Gürcüstan vətəndaşı Merabi Cibutiyanın prosesə gəlməməsi səbəbindən cümə gününə qədər təxirə salınıb.
Aprelin 5-də keçirilən məhkəmə iclasında «Yeni Fikir»çilərin vəkilləri prosesin qapalı aparılmasına etiraz ediblər. Məhkəmə etirazı qəbul etməyib, bundan sonra təqsirləndirilən şəxslər vəkillərdən imtina ediblər.
Aprelin 5-də ATƏT-in Bakı Ofisi bu məhkəmə prosesinin qapalı keçirilməsindən narahatlığını bildirib.
Ötən il keçirilən parlament seçkisində «Yeni Fikir» Gənclər Birliyi müxalifətin aksiyalarında aktiv iştirak edib.