Polis Gəncənin Sevinc qəsəbəsinə kütləvi yığışan «Yahova Şahidləri» dini sektasının üzvlərini saxlayıb. Əməliyyatı yanvarın 18-də Gəncənin Kəpəz rayon polis şöbəsi həyata keçirib.
Sektanın 10 nəfər fəal üzvü şöbəyə gətirilərək barələrində inzibati qaydada protokol tərtib edilib və məsuliyyətə cəlb olunublar. Saxlanılan 80 nəfərin 20-si uşaq, digərləri qadın, 5-6-sı isə kişi olub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə şöbə müdiri Firdovsi Kərimov «Trend»ə bildirib ki, «Yahova Şahidləri» fəaliyyət göstərmək üçün şöbədə qeydiyyata alınmalıdır.