BMT-nin İnsan Haqları Şurasında Azərbaycanla bağlı hesabat qəbul olunub. Azərbaycan hökuməti mövqeyini sənədlə tanış olduqdan sonra açıqlayacaq.
Bu haqda Azərbaycanın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi Elçin Əmirbəyov məlumat verib. Sənədin detalları barədə məlumat verilmir.
BMT İnsan Haqları Şurasının işçi qrupu Azərbaycana media azadlığını beynəlxalq səviyyəyə qaldırmağı, jurnalistlərə qarşı cinayət və zorakılıqları hərtərəfli şəkildə araşdırmağı, xarici radiolarla bağlı qərara yenidən baxmağı tövsiyə edib.
Azərbaycan BMT İnsan Haqları Şurasının üzvüdür. Şura üzvlərinin vəziyyəti hər 4 ildən bir müzakirəyə çıxarılır.