2006-cı ilin ilk 3 ayının sonunda Dövlət Neft Fondundakı vəsait təxminən 1.5 milyard dollara çatıb. Aprelin 21-də Neft Fondunun açıqladığı 3 aylıq hesabatda belə deyilir. Sənəddə qeyd olunur ki, ilin əvvəlindən martın sonuna kimi Azərbaycan neft sazişləri üzrə 230 milyon dollardan çox gəlir əldə edib. Neft Fondundakı vəsaitlərin idarə olunmasından gələn gəlir isə 13 milyon dollara yaxın olub.
Xərclərə gəldikdə isə, 2006-cı il martın axırına kimi Neft Fondundan dövlət büdcəsinə təxminən 140 milyon dollar, qaçqın-məcburi köçkünlərlə bağlı tədbirlər və Bakı-Ceyhan boru xəttinin maliyyələşməsinə isə ümumilikdə 46 milyon dollar xərclənib.