Sabir Rüstəmxanlı: «YAP görüşə qatılmaqda tərəddüd edir»

Səs: Real audio
BMT-nin Bakıdakı rezident əlaqələndiricisi Marko Barzotti xaricdə oxuyan tələbələrin sayını artırmağın zəruriliyini söyləyir Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı iqtidar-müxalifət dialoq- görüşünün davam etdirilməsi məqsədilə danışıqlara başlayıb. Onun sözlərinə görə, hakim Yeni Azərbaycan Partiyası dialoqa qatılmaqda tərəddüd edir.



Bununla belə cənab Rüstəmxanlı danışıqları davam etdirəcəyini deyir. O, ümidvar olduğunu bildirir ki, həftənin sonuna doğru mənəzərə aydınlaşacaq.



Yeni Azərbaycan Partiyası İcra Katibinin müaivni Bahar Muradova isə APA xəbər agentliyinə bildirib ki, iqtidar-müxalifət görüşü sekçidən sonra baş tutacaq.



ATƏT-in Bakı Ofisinin rəhbəri Maurisio Pavessi də yerli telekanallara müsahibəsində deyib ki, indiki halda dialoq mümkünsüzdür: «Bu, seçkidən sonraya, hətta gələn ilin əvvəlinə təxirə salınmalıdır».