Rəşad Sadıqov «Neftçi»yə döndü

Səs: Real audio
Dörd hərbçi xəsarət alıb. Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov Türkiyənin «Kayserspor» klubundakı fəaliyyətini müvəqqəti dayandıraraq, Bakıya dönüb. Buna səbəb futbolçunun hər iki ayağından zədə almasıdır. Jurnalistlərlə söhbətində Rəşad Sadıqov bildirib ki, «Neftçi» və «Kayserspor» arasındakı müqaviləyə görə, o, bu il mayın 31-nə kimi Bakıda olacaq. Futbolçu deyir ki, «Neftçi»nin şərəfini Moskvada keçiriləcək «Birlik» kuboku turnirində qoruyacaq. Bundan sonra Antalyada təkrar müayinədən keçəcək.



***



«Neftçi» Futbol Klubundan verilən başqa bir məlumatda isə bildirilir ki, Moskvada keçiriləcək «Birlik» kubokunda 16 komanda 4 yarımqrupda qarşılaşacaq. «Neftçi»nin bu turnirdə ilk qarşılaşması yanvarın 14-də Tacikistanın «Vəxş» klubu ilə olacaq. Yanvarın 23-də isə final görüşü olacaq.



Moskvanın «Lokomotiv» klubu bu tirnirin sonuncu qalibidir. Həmin vaxt «Neftçi» ikinciliklə kifayətlənmişdi.