Dərsliklər təzələnsə də, səhvlər qalır

Səs: Real audio
Ötən yeddi ayın pulu əhaliyə ödənilməyəcək "Kolxoz nədir? "Школьники помогают колхозу? Да, школьники помогают колхозу". Bu, Sovetin vaxtındaydı... İndi kolxoz var?"



Dinləyicimiz Sabir Məmmədov ikinci sinifdə oxuyan nəvəsinin rus dili dərsliyində sözlərin düzgün yazılmaması, cümlə üzvlərinə verilən suallardan gileylənir.



Azərbaycan müstəqillik əldə edəndən sonra yenidən hazırlanmış orta məktəb dərsliklərinə dair iradlar bununla bitmir, həmin iradlar əsasən dərsliklərin dili və dizaynıyla bağlıdır. Ümumilikdə Azərbaycanda orta məktəblər üçün 331 adda dərslik tələb olunur, onlardan 191-i istifadədir, 50-si isə hazırlanır.



Təhsil naziri Misir Mərdanov dərslikləri təhsildə ən böyük uğur hesab edir və deyir ki, artıq orta məktəb dərsliklərinin 90 faizi milliləşdirilib:



"Kirildən Latın qrafikasına keçmişik. Mən bu vəzifəyə gələndə, türk səfiri mənə zəng vurub dedi ki, 7-ci sinfin tarix dərsliyində türklər bizim düşmənimizdir yazılıb. Açıb gördüm, doğrudan da belədir. İndi bizim tarix dərsliyimizdə əksi yazılıb".



Dərsliklərin tez-tez yeniləşdirilməsini isə Misir Mərdanov belə izah edir ki, hələ nazirlik istəyinə çatmayıb. Yəni dərsliklərin istənilən variantı hazırlanmayıb.



Bakıdakı 7 saylı orta məktəbin dil-ədəbiyyat müəlliməsi Sevil Bağırova deyir ki, 9-11-ci siniflərdə sistematik kurs kimi uşaqlara tədris olunan ədəbiyyat fənni indi azaldılıb: "Məsələn, Nizami haqqında üç vərəqəlik bir məlumat verilir. Bu çox azdır, səthi məlumatdır. Dili də qəlizdir".



Tarix müəllimi Elşən Qasımov bəzi mövzuların qısaldılmasından razılıq edir. Ancaq əgər bu qısaltma yerində aparılıbsa. O deyir ki, bəzən lazım olan şeyi də kəsib atıblar.



Son vaxtlar dərsliklərin hazırlanmasına orta məktəb müəllimləri də cəlb olunur. Bir məqsədlə ki, dərsliklər uşaqlar üçün daha anlaşıqlı dildə yazılsın. Ancaq Təhsildə İslahatlara Yardım Mərkəzinin rəhbəri Zəminə Əliqızının fikrincə, dərsliklərin hazırlanmasına cəlb olunmuş müəllimlərin daha nüfuzlu həmkarlarına təsir imkanı azdır: "Onlar illər boyu kitab yazan müəlliflərin yanında acizdirlər".



Təhsil Nazirliyi dərslik və nəşriyyat şöbəsinin müdiri Nəcəf Nəcəfovsa bizimlə söhbətdə dərsliklərlə bağlı iradları qəbul etmədi və onların kifayət qədər sadə dildə yazıldığını dedi.



Bəs niyə Azərbaycan alternativ dərsliklər sisteminə keçmir? Yəni bir fənnin tədrisində müxtəlif dərsliklərdən istifadə olunmur? Nəcəf Nəcəfov bunun əksini bildirir, deyir ki, Nazirlər Kabineti ilə birlikdə bu yaxınlarda dərslik siyasətinə dair sənəd qəbul olunub. Sənədə görə, Azərbaycanda alternativ deyil, variativ dərsliklərdən istifadə oluna bilər. Yəni bir fənnə dair iki dərslik hazırlanır və sonda bu dərsliklərdən biri seçilir.



"Birgə yaşam və insanlar demokratiya yoluna necə çıxdılar" kitabının müəllifi, "Tutu" Uşaq Mədəniyyət Fondunun rəhbəri Rəhman Bədəlovsa dərslik məsələsinin də inhisarda olduğunu bildirir: "Onlar maraqlı deyillər, onlar üçün alternativ dərslik lazım deyil. Onlar istəyirlər ki, hər şey əllərində olsun...".



Yeni hazırlanmış dərsliklərin dizaynı, çap keyfiyyətinə də iradlar çoxdur: şəkillər qarışıq verilir, kitablar naziküzlü olur və s. Təhsil Nazirliyinin mövqeyi isə belədir ki, kartonüzlü dərsliyin hazırlanmasına daha çox vəsait gedir, heç xarici ölkələrdə də qalınüzlü kitablardan istifadə olunmur.



O ki qaldı, Azərbaycanda təhsil islahatlarının təzə başlamasına, dərslik məsələsinin də tədricən həll olunacağına, bu fikirlərlə də razılaşmaq olmur. Ən azından ona görə ki, bir neçə dəfə dəyişilən dərsliklərlə ta