Azərbaycan-AB danışıqlarının növbəti raundu keçirilib

Səs: Real audio
Fuad Ağayev: «Onun müalicəsi yalnız stasionar şəraitdə mümkündür» Martın 7-də Brüsseldə Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı üzrə Azərbaycan-Avropa Birliyi danışıqlarının növbəti raundu keçirilib. Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzinin martın 9-da yaydığı məlumatda deyilir ki, tərəflər planın mətnini bənd-bənd müzakirə ediblər.



Ekspertlər arasında razılaşdırılacaq Fəaliyyət Planı AB-nin 25 üzv ölkəsi tərəfindən təsdiq edilməlidir. Bu ilin sentyabr ayında keçirilməli olan AB-Azərbaycan Əməkdaşlıq Şurasının iclasında qəbul edilməsi nəzərdə tutulub.



Danışıqların növbəti raundu çox güman ki, may ayında Bakıda keçiriləcək.