Səs: Real audio
Polis bir qrup jurnalistin Sabir bağında piket keçirməsinə imkan verməyib kənara sıxışdırsa da, çıxışlara mane olmadı. Piketçilər söz, fikir azadlığına mane olmamağı, jurnalistlərə təzyiq göstərənlərin cəzalandırılmasını istəyirdilər «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahidov bildirdi ki, son günlər jurnalistlərin qorxudulması tendensiyası artıb: «Hakimiyyətin söz azadlığı ilə bağlı vəd etdiyi təminatlar elə kağız üzərində qalmaqdadır. Jurnalistlərin mərhum Elmar Hüseynovun qatillərinin tapılması tələbini hökumət eşitmir. «Azadlıq» qəzetinin müxbiri Fikrət Hüseynliyə olan sui-qəsd cəhdi isə onu göstərdi ki, hökumət ölkədə söz azadlığının təmin edilməsində maraqlı deyil».
Səbail rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov bildirdi ki, piket icazəsiz olsa da qarşıdurma olmadı: «Piketin Sabir bağında keçirməsini istəyirdilər, imkan vermədik. Həm də qanunlara tabe olduqlarından qarşıdurma olmadı».
Piketin qətnaməsində bildirilir ki, jurnalistlərə təzyiqlərə son qoyulmalı, «Monitor» jurnalının redaktoru Elmar Hüseynovun qatilləri tapılmalı, «Azadlıq» qəzetinin müxbiri Fikrət Hüseynliyə təzyiq göstərənlər cəzalandırılmalıdır.
Daxili İşlər Nazirliyi Fikrət Hüseynlinin döyülməsi faktının araşdırıldığını bildirib.