14 hüquq müdafiəçisi prezident İlham Əliyevə müraciət edərək sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev haqqında həbs-qəti imkan tədbirinin dəyişdirilməsini xahiş edib. Aralarında Novella Cəfəroğlu, Arzu Abdullayeva, Çingiz Qənizadə, Elçin Behbudov, Leyla Yunis, Mirvari Qəhrəmanlı, Rəna və Murad Sadəddinovların da olduğu hüquq müdafiəçiləri hesab edirlər ki, həbs-qətimkan tədbiri dəyişdirilərsə, Fərhad Əliyev ixtisaslı tibbi yardım ala və onun səhhətindəki problemlər aradan qalxa bilər.
Son günlər MTN-nin təcridxanasında saxlanan Fərhad Əliyevin səhhətinin pisləşməsi barədə xəbərlər çoxalıb. O, stenokardiyadan – ürək ağrılarından əziyyət çəkir ki, bu xəstəlik də intensiv və ixtisaslı müayinə tələb edir.
Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev ötən il oktyabrın 19-da həbs edilib, o, hakimiyyəti zorla ələ keçirməyə cəhddə təqsirli bilinir.