«AzərTAc»ın məlumatına görə, mayın 15-də Baş nazir Danial Əhmədovun sədrliyi ilə Qazaxıstan hökumətinin iclası keçirilib. İclasda ölkənin Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qoşulması ilə əlaqədar imzalanacaq Azərbaycan-Qazaxıstan müqaviləsinin layihəsi müzakirə olunub. B aş nazir bildirib ki, indi müqavilənin mətni hüquqi ekspertizadan keçir. Nazirin sözlərinə görə, müqavilənin Asiyada Etimad Tədbirlərinə dair Müşavirənin iyun ayında Almatıda dövlət başçıları səviyyəsində keçiriləcək zirvə görüşü çərçivəsində imzalanması gözlənilir.