Özəl ali məktəblərə qəbul azaldılır

Təhsil naziri Misir Mərdanov bildirir ki, bu il özəl ali məktəblərə qəbul azaldılsa da, dövlət ali məktəblərinə qəbul ötən ilki kimi qalıb. Qəbul yerlərinin sayı haqda məlumat isə dəqiqləşdirilib və təsdiqlənmək üçün Nazirlər Kabinetinə göndərilib.


Cənab Mərdanov «Azadlıq» radiosuna onu da deyib ki, bu günlərdə bəzi özəl ali məktəblərdə hüquq-mühafizə orqanlarının araşdırma aparmasından xəbərsizdir. Amma nazirlik 17 xarici ali məktəbin Azərbaycandakı filiallarının bağlanması ilə bağlı məhkəmələrə, Müstəqil Azərbaycan Universitetinin fəaliyyətini dayandırması məqsədiləsə Ədliyyə və Vergilər Nazirliyinə müraciət edib.


Nazir iki ay müddətində Bakı Şəhər Baş Təhsil İdarəsinin yeni strukturunda fəaliyyətə başlayacağını da deyib: «Hazırda Bakı şəhərindəki keçmiş rayon təhsil şöbələrində təhvil-təslim prosesi gedir».