Mayın 25-də «Azərbaycan Yolu» Siyasi Hərəkatının bir qrup üzvü ABŞ-ın Azərbaycandakı səfirliyinin qarşısında piket keçiriblər. İştirakçılar separatçı Dağlıq Qarabağ qurumunun ABŞ-dakı nümayəndəliyinin bağlanmasını, ora maliyyə yardımlarının dayandırılmasını, Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artırmasını tələb ediblər. Sonra iştirakçılar Gürcüstan səfirliyinin qarşısına toplaşıblar, bu ölkədə yaşayan azərbaycanlılara qarşı ayrı-seçkiliyin dayandırılması tələbləri ilə çıxış ediblər. Polis aksiyanı dağıdıb.