Azərbaycanda «quş qripi» xəstəliyinin yenidən yayılması təhlükəsi istisna edilmir. Köçəri quşların yeni köçünün başlanacağı vaxt bu təhlükə böyüyə bilər. Bu haqda ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov iyunun 2-də açıqlama verib. Hüseyn Bağırovun sözlərinə görə, indiki dövrdə nazirlik lazımi monitorinqləri aparır və ölkə ərazisində quş qripi xəstəliyi müşahidə olunmur.