Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə prezidenti Abdullah Gül və baş nazir Ərdoğana proqramının sıxlığını səbəb göstərərək bu toplantıda iştirak etməyib.
İstanbulda keçirilən İkinci «Mədəniyyətlər İttifaqı» Zirvə toplantısından sonra jurnalistlərə açıqlama verən Türkiyənin Xarici İşlər naziri Əli Babacan belə deyib.
Azərbaycan ilə Türkiyə arasında xüsusi münasibətlər olduğunu xatırladan Əli Babacan sözlərinə belə davam edib:
«Biz rəhmətlik Heydər Əliyevin sözü ilə desək «tək millət iki dövlətik» Hal-hazırda Cənubi Qafqaz önəmli bir transformasiya mərhələsindən keçir.
Xüsusilə Rusiyanın Gürcüstanı işğalından sonra regional siyasətlərə yenidən baxmaq zərurəti meydana çıxdı.
Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstan «Qafqaz sabitlik və əməkdaşlıq platforması»nı yaratdıq. İndiyə qədər xarici işlər nazirləri müavinlərinin iştirakı ilə 2 iclas keçirmişik. Azərbaycan bu prosesdə yaxından iştirak edir.
Əliyev proqramının sıxlığını əsas göstərərək burada iştirak edə bilməyəcəyini dedi. Biz Cənubi Qafqazın sülh və rifah bölgəsi halına gəlməsini istəyirik. Biz Azərbaycanın Ermənistanla apardığı danışıqlara dəstək veririk.
Əliyev bizim prezidentimizə və baş nazirimizə proqramının sıx olduğunu bildirərək gəlməyəcəyini deyib, amma Azərbaycanın dövlət komitəsinin sədri burada iştirak edib»
Xarici işlər naziri Babacan jurnalistlərin bu mövzudakı təkidli suallarına cavab vermək istəmədiyini bildirib.