İyunun 21-də Hacı Məmmədovun işi üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək

İyunun 21-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Hacı Məmmədovun işi üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək. Bu barədə «Azadlıq» radiosuna bu işdə təqsirləndirilənlərdən biri - Zakir Nəsirovun vəkili Adil İsmayılov məlumat verib.


İş hakim Əli Seyfəliyevin sədrliyi ilə keçəcək.


Daxili İşlər Nazirliyinin yüksək rütbəli zabiti Hacı Məmmədovun başçılıq etdiyi qrup adam öldürmə, adam oğurluğu, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratmaqda təqsirli bilinir.


Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində 2005-ci ilin martında bu qrup həbs edilib.