Bunu «Azadlıq» radiosunun «Can Bakı» proqramına Milli Məclisin sosial-siyasət daimi komissiyasının sədr müavini, deputat Musa Quliyev deyib. Onun sözlərinə görə, bunun 300 minə yaxını qadındır:
«Bir qutuda 20 siqaret olduğunu nəzərə alsaq, Azərbaycanda hər gün 60 milyon ədəd siqaret çəkilir. Bunu bir yerə yığsan, böyük bir təpə əmələ gələr. Onun hamısını bir yerdə yandırsan, Bakını böyük tüstü dumanı bürüyər».
Musa Quliyev belə hesab edir ki, Bakının ekologiyasının belə çirkli vəziyyətində siqaret çəkmənin məhdudlaşdırılması çox vacib məsələdir:
«Milli Məclisdə «İctimai yerlərdə siqaret çəkməni məhdudlaşdıran qanun»un qəbul olunması, xüsusilə də, yeniyetmə və gənclərin gələcək həyatı üçün çox aktualdır. Neçə illərdir ki, dünyada siqaret çəkməyə qarşı böyük mübarizə kampaniyası davam edir. Siqaret çəkmənin məhdudlaşması haqda qanunlar qəbul olunub və çox ciddi, sərt şəkildə cərimə sanksiyaları tətbiq olunub. Azərbaycanın da belə bir qanun qəbul etməsi dövrün zəruri tələbindən irəli gəlir».
Müsahibimiz xatırladır ki, Azərbaycan 2 il öncə Ümumdünya Səhiyyə Təşkilatının «Siqaretlə mübarizə konvensiyası»na qoşulub. Konvensiyanın tələblərindən biri də odur ki, milli qanunvericilikdə bu məsələ əks olunsun:
«Artıq Sosial siyasət daimi komissiyasında qanun layihəsi üzərində iş başa çatıb. Milli Məclisin rəhbərliyi səviyyəsində tapşırıq verilib ki, komissiyanın növbəti iclaslarında məsələyə baxılsın və parlamentin müzakirəsinə tövsiyə edilsin».
Musa Quliyev qanun layihəsinin 2 variantda hazırlandığını söyləyir. Birinci variant ondan ibarətdir ki, mövcud «Tütün və tütün məmulatları haqqında» qanuna müvafiq əlavə və dəyişikliklər edilsin. Bu qanunun bir fəsli daha da zənginləşdirilsin:
«Bu qanun eyni zamanda, siqaret çəkilmənin məhdudlaşması ilə bağlı tədbirləri də özündə ehtiva edir. İkinci variant isə müstəqil, ayrıca qanun qəbul olunmasıdır ki, həmin qanun layihəsini də hazırlamışıq. Layihənin adı «Siqaret çəkilmənin məhdudlaşması haqda Azərbaycan Respublikasının qanunu» adlanır, 12 maddədən ibarətdir. Həmin layihə müvafiq icra hakimiyyəti orqanlarına göndərilib və müvafiq rəylər alınıb. Bu qurumların hamısı qanunun qəbul olunmasının lehinə öz münasibətlərini bildiriblər. Komissiyanın yaxın iclaslarından birində bu məsələyə bir daha baxılacaq və qəti qərar veriləcək ki, hansı variant parlamentə tövsiyə olunsun».
Təzə layihədən söz açan millət vəkili maraqlı yenilik etdiklərini dedi. Məsələn, layihəyə əsasən, ölkədə televiziya və radio yayımçıları, təhsil və səhiyyə nazirlikləri ilə birgə siqaret çəkmənin zərərli tərəfləri haqqında proqram hazırlayacaqlar. Bu proqram bir ay ərzində 90 dəqiqədən az olmayaraq yayımlanmalıdır.
Siqaret çəkilməyən yerlərin siyahısı da müəyyənləşib. Əgər layihə qəbul olunsa, səhiyyə, elm və təhsil müəssisələrində, muzey, kitabxana, kinoteatr, ictimai nəqliyyat, avtovağzal və s. yerlərdə siqaret çəkən şəxslər cərimələnəcəklər.