Tarix

Azərbaycanda ilk cizgi filmi 1938-ci ildə çəkilib: «Əhmədin bəlası». Bu filmi iki alman rejissoru araya-ərsəyə gətirib. Amma tezliklə Sovetlər İttifaqında almanların sürgün olunması bu işin yarımçıq qalmasına səbəb olur. Bu üzdən də Azərbaycanda cizgi filminin çəkilişləri 1968-ci ilə kimi təxirə salınır. Ötən əsrin ortalarında çəkilən ilk cizgi filmi «Cırtdan» olur.




Elə bundan sonra Azərbaycanda ildə bir cizgi filmi çəkilir. Yalnız səksəninci illərin ortalarında il ərzində çəkilən cizgi filmlərinin sayı beşə çatıb. 90-cı illərdə isə dövlət sifarişlər demək olar ki, dayandırılır. Son illər «Azanfilm» studiyası dövlət sifarişi ilə yenidən ildə bir cizgi filmi çəkməyə başlayıb.