Azərbaycan 82 ölkə arasında ancaq 70-ci ölkə olmağı bacarıb. Təşkilatın hesablamasına görə Azərbaycanda 2004-2008-ci illər arasında hər milyon nəfərə ancaq 0.119 patent düşüb.
Patent yəni hər hansı yeni texnologiya və ya əvvəlcədən kimsə tərəfindən irəli sürülməyən səmərələşdirici təkliflər və ya üsullar deməkdir. Özü də bu patentləri ya Avropa Birliyi, ya Yaponiya, ya da ABŞ-ın patent idarələri təsdiqləməlidir.
«Economist Intelligence Unit» 2009-2013-cü illər üçün proqnoz da verib. Həmin proqnoza görə, Azərbaycan növbəti 4 ildə yeniliklərin, ixtiraların təklifi və tətbiqi baxımından 1 pillə də geriləyəcək.
Amma reytinq siyahısının maraqlı bir tərəfi də var ki, Azərbaycanın Qafqazdakı qonşuları Gürcüstan, Ermənistan ümumiyyətlə siyahıya da düşməyib.
Yeniliklər indeksində Rusiya 39, Türkiyə 52, Ukrayna 53, Qazaxıstan 69, İran 75-ci sırada yer alıb.
Növbəti 4 il üçün proqnozunda isə Rusiya 39, Türkiyə 51, Ukrayna 63, Qazaxıstan 66, İran 75-ci olacaq.
«Economist Intelligence Unit»in innovasiyalar reytinqinə isə Yaponiya başçılıq eləyir. Yaponiyada hər 1 milyon adama 1274 ixtira - səmərələşdirici təklif - yəni yenilik patenti düşür. Başqa sözlə Yaponiyada hər 800 adamdan biri ildə azı 1 dənə yenilik ixtira eləyir.
Müqayisə üçün, Azərbaycanın bütün əhalisi ildə ancaq bir ixtira eləyir.

Sıralama | hər milyon nəfərə |
1. Yaponiya 2. İsveçrə 3. Finlandiya 4. ABŞ 5. İsveç 6. Almaniya 7. Tayvan 8. Hollandiya 9. İsrail 10. Danimarka 11. Cənubi Koreya 12. Avstriya 13. Fransa 14. Kanada 15. Belçika 16. Sinqapur 17. Norveç 18. Böyük Britaniya ... 39. Rusiya ... 52. Türkiyə 53. Ukrayna ... 69. Qazaxıstan 70. Azərbaycan ... 75. İran | 1274.533 505.839 363.298 359.840 330.980 310.695 293.642 212.411 199.801 184.985 148.704 147.317 136.223 132.635 116.899 111.307 106.668 105.211 ... 1.460 ... 0.554 0.535 ... 0.132 0.119 ... 0.033 |