Bunu «Azadlıq» radiosuna Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib. «Bu və ya digər mənbələrə istinadən yazılan məlumatlara, o cümlədən istintaqın gedişatı ilə bağlı rəsmi açıqlamamız olacaq». Aprelin 30-da Dövlət Neft Akademiyasına silahlı basqın nəticəsində 13 nəfər həlak olub, 13 nəfərsə yaralanıb. Ölənlər arasında hadisənin törədicisi hesab olunan Fərda Qədirov da var. |