Təhsil naziri Misir Mərdanov Xətai və İmişli rayonlarında keçirilən sınaq test imtahanlarının nəticələrini açıqlayıb
Təhsil naziri Misir Mərdanov gələn ildən bütün orta məktəblərdə buraxılış imtahanlarının test üsulu ilə keçiriləcəyini bildirib. İyunun 23-də nazir bu il iki - Bakının Xətai və İmişli rayonlarında orta məktəbin 11-ci sinif məzunları arasında keçirilən ilk test imtahanının nəticələrini açıqlayıb. Onun sözlərinə görə, Xətai rayonundakı imtahanda 3400 şagirddən 3 və 4 alanların sayı 1500 nəfərə yaxın, 4 və 5 alanların sayı 1800 nəfərdən çox olub. 112 nəfər isə 2 qiymət alıb. Yəni onlara attestat verilmir. İmişlidə orta məktəbi bitirən 1609 şagirddən isə 312 nəfəri 2 alıb.