Cənab, Brayza, mətbuat konfransında Siz dediniz ki, danışıqlarda konseptual irəliləyişlər əldə edilib. Nəyi nəzərdə tutursunuz?
Məncə bunu bildirmək ədalətli olardı ki, bu, mənim özümün həmsədrlik elədiyim dönəmdə ən mahiyyəti üzrə dərin fikir mübadiləsi şəraitində keçən müzakirə idi. Əvvəllər də dərin fikir mübadiləsi var idi. Hər dəfə daha çox tərəqqi olur, daha irəliyə gedirlər.
Bu dəfə isə, mən hiss etdim və o biri həmsədrlər də razılaşdılar ki, prezidentlər artıq baza prinsiplərinin mürəkkəb konsepsiyasını yoluna qoymaq üçün gərəkli olan əsas ideyalar üzərində razılaşıblar. Əvvəllər bunu deyə bilməzdim. Yəni, onlar indi bizə imkan yaradıblar, istiqamət göstəriblər və hətta indi tapşırıq da veriblər ki, xarici işlər nazirləyilə görüşlərdə bu son ideyaları detallaşdırmaq işini tamamlayaq.
Həll olunan məsələr çoxdur, ya həllini gözləyən?
Əlbəttə ki həllini gözləyənlər. Bu elə bizim uzun illər haqqında danışdığımız məsələlərdir. Burda konsepsiyalar, razılaşmanın əsasları çox önəmli məsələdir. Çünki hər bir prezident əmin olmaq istəyir ki, hər hansı bir detala ancaq bu detalın bütün razılaşma mətninə necə təsir eləyəcəyini biləndən sonra razılıq verir. Necə deyərlər , “prezidentlər hər şey razılaşdırılmamış, heç bir şeylə bağlı razılaşmırlar”. Odur ki, bu yoldakı hər bir addım üçün çox gərgin çalışmaq, hər bir detalı incəliklərinə qədər işləmək lazım olur.
Bundan ötrü yəqin ki, həm də çətin kompromislərə getmək tələb olunur?
Sözsüz ki, istənilən sülh prosesində kompromislər tələb olunur.
Və siz prezidentlərin bir-birinə güzəştə getdiyini müşahidə edirsiz?
Əlbəttə. Mən onların ikisinin də sülh naminə çətin – qarşılıqlı güzəştlərə getdiyini müşahidə eləyirəm. Siz bunu onların öz ölkələrindəki ictimai rəylə hesablaşmağında görə bilərsiz. Prezident Sarkisyan danışıqlar masası üzərindəki təkliflərlə bağlı bəyanat verib və ölkəsindəki siyasi partiyalarla məsələhətləşmələr keçirib. Prezident Əliyevsə iki həftə əvvəl çox vacib bir bəyanat verdi. İlk dəfə olaraq təhlükəsizlik koridorundandan danışdı, Qarabağ əhalisinin bu koridor qismində belə bir təhlükəszlik təminatına ehtiyacı olmasından danışdı. Və çox vacib bir məqamı vurğuladı. Qarabağ əhalisinin öz müqəddaratını təyin eləmə və ya özünü idarəetmə haqqının olmasından da danışdı. Bu, irəliyə doğru atılan çox konstruktiv bir addımdır. Və bu cür konstruktiv cəhdlər danışıqların mahiyyətinə təsir eləyir.
Danışıqlarda sülhyaratma qüvvələri məsələsi müzakirə olunurmu? Əgər sülh sazişi imzalanarsa, kim sülhyaratma missiyasını həyata keçirə bilər, ya hələ bu məsələnin müzakirəsi gələcəyin işidir?
Yox, niyə ki. Biz onsuz da bu məsələni bir müddət sonra detallı müzakirə eləməliyik. Amma prezidentlər ikisi də bilir ki, vasitəçilərin onlara təqdim elədiyi təkliflər paketində, indi tərəflərlə müzakirə edilən təkliflərin içində sülhyaratma qüvvələrinin də olması nəzərdə tutulub. Amma indilik, süılhyaratma qüvvələri məsələsi indi razılaşdırmağa çalışdığımız və demək olar ki, konseptual şəkildə həllinə yaxın olduğumuz mürəkkəb məsələrin arasında yoxdur. Bu məsələnin üzərinə sonra gələcəyik, və bu o qədər də çətin məsələ deyil. Sülhyaratma missiyasını üzərinə götürməyə hazır olan tərəflərin tapılması özü də bir işdir, amma bu konseptual problem deyil. Sülhyaratma qüvvələrinin olacağı artıq razılaşdırılmış prinsipdir.
ABŞ sülhyaratma qüvvələrinin yerləşdirilməsi də mümkündürmü?
Bilmirəm, əgər tərəflər istəsə. Amma bu haqda danışmaq çox tezdir. Biz sülhyaratma qüvvələrimizi göndərməyə yer axtarmırıq, bunsuz da dünya üzrə kifayət qədər məsuliyyətin altına girmişik. Amma əgər hər iki tərəf bunu istəsə, onda sözsüz ki, o vaxt bu məsələni də müzakirə edəcəyik.
Prezident Əliyev Moskva görüşündən sonra Laçın dəhlizi haqqında danışmışdı. Yəni Laçınla bağlı hər iki tərəfi məmnun edəcək bir həll yolunun olması mümkündürmü?
Məncə hə... göründüyü kimi hə...
Hər halda ilk dəfə idi ki, prezident Əliyev məsələ barədə bu qədər təfərrüata varırdı...
Əlbəttə... Prezident Əliyev həm də özü Laçın dəhlizi haqqında danışdı, bu dəhlizin Qarabağ əhalisinin özünü təhlükəsiz hiss etməsinin, özünü idarəni, öz müqəddəratını təyin etməni (rusca əlavə edir: samoopredeleniye) davam etdirməsinin vacibliyindən danışdı. Bu bəyanatı edən o idi və bununla o, Azərbaycan əhalisinin əsas prinsiplərlə bağlı razılaşmaya hazırlanması üçün əhəmiyyətli addım atdı.
Bəziləri düşünür ki, bu danışıqlar Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılması üçün danışıqların kölgəsində qalır. Belə bir şey varmı? Ya belə deyək, bu gün Türkiyədən danışdıqmı? Türkiyə və ya Türkiyə-Ermənistan, Türkiyə-Azərbaycan münasibətlərindən.. yaxud bunların tamamilə ayrı məsələr olduğunu düşünürsüz?
Bunlar ayrı-ayrı məsələlərdir. Ancaq, bu o qədər tarixi və strateji əhəmiyyətə malik bir məsələdir ki, Türkiyə-Ermənistan münasibətlərində baş verənlər bütün regiondakı əhval-ruhiyəyə təsir edəcək. Amma bugünkü danışıqlara gəlincə, yox, biz Türkiyə məsələsini müzakirə eləmədik. Biz bu gün ancaq Dağlıq Qarabağı müzakirə elədik. Mən və Vaşinqtonda Amerika-Türkiyə, Amerika-Qafqaz, məsələri, Kipr, Yunanıstanla məşğul olan həmkarlarım da bu məsələləri arasında bağlar görürük. Amma məsələyə ATƏT-in Minsk qrupunun həmsədri kimi yanaşanda mən ancaq Dağlıq Qarabağ münaqişəsiylə bağlı düşünürəm və bu gün də ancaq bundan danışdıq.
Amma bunu vurulamaq istəyirəm ki, Dağlıq Qarabağ və Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşması prosesləri iki ayrı proseslərdir. Onlar paralel, amma fərqli sürətlə irəliləyir. Və birində müəyyən irəliləyiş əldə ediləndə bu digərinə də müsbət təsir edə bilir və əksinə. Amma onlar ayrı proseslərdir.
Ancaq ABŞ bu iki fərqli prosesin ikisini də dəstəkləyir?
Tamamilə doğrudur. Hər ikisini dəstəkləyir. Ancaq ABŞ həmçinin başqa bir prosesdə də maraqlıdır. Bu da Azərbaycanla strateji münasibətlərin dərinləşdirilməsidir. Azərbaycan Amerikanın dostudur və Azərbaycan Amerikanın strateji tərəfdaşıdır. Bİz bilirik ki, Dağlıq Qarabağ Azərbaycanın və Ermənistanın milli təhlükəsizlik gündəmində ən vacib mövzudur. Odur ki, biz əməkdaşlığımızı dərinləşdirmək bütün bu istiqamətlərdə səylərimizi davam etdirməliyik.
Dövlət katibi Klinton məsələ ilə bağlı bəyanat vermişdi. Xanım Klinton məsələ ilə nə qədər yaxından məşğul olur?
Bu günlərdə xanım Klinton xarici işlər nazirləri Məmmədyarov və Nalbəndyanla görüşdü. Mən onunla bu məsələ ilə bağlı çox söhbət edirəm. O prosesdə irəliləyiş əldə etmək üçün bizə kömək etməyə çalışır. Və əslində Vaşinqtonda xarici işlər nazirləri ilə görüşlərində buna müəyyən dərəcədə nail oldu. Mən bu gün bizim müzakirə zamanı məsələlərin yerindən tərpəndiyini və yumşaldığını hiss etdim. O həm də açıq elan edib ki, məsələ ilə lazım olduğu qədər yaxından məşğul olacaq. Elə prezident Obama haqqında da eyni şeyi demək olar. O da artıq məsələ ilə məşğuldur, hər iki tərəflə danışır və əgər elə bir məqam gəlsə ki, həmsədr ölkələrin prezidentlərinin iştirakı lazım olsun – ümid edirəm o məqam tezliklə gələcək – prezident Obama orada olacaq.
Real olaraq bu il nəyinsə baş verəcəyini düşünürsünüzmü?
Əslində, bu artıq var. Mən deyərdim ki, bu gün konseptual irəliləyiş oldu. İstənilən danışıqlarda konseptual irəliləyiş və texniki irəliləyiş olmalıdır. Konseptual irəliləyiş var. Mən ümid edirəm ki, biz növbəti iki həftə ərzində texniki irəliləyişə nail olacağıq və bundan sonra sual bundan ibarət olacaq ki, əsas konsepsiyaların hamısını nə qədər sürətlə razılaşdırmaq mümkün olacaq və bundan sonra biz bütün elementləri, sözbəsöz, sətirbəsətir razılaşdıracağıq. Mən hesab edirəm ki ilin sonuna – payıza qədər buna nail olmaq tamamilə realdır. Amma mənim hansısa tarix deməyim doğru olmaz, çünki prezidentlərin nə qədər rahatlıqla danışıqları davam etdirəcəyini proqnozlaşdıra bilmərəm.
Müsahibənin 2-ci hissəsini burada oxu

Minsk Qrupunun həmsədri Metyu Brayza "Azadlıq" radiosu Azərbaycan xidmətinin direktoru Kənan Əliyevə müsahibə verir, 7 may 2009.