Müstəqil Azərbaycan Universitetinin (MAU) 50-dən artıq tələbəsinin və valideynlərin aclıq aksiyası dayandı. Bu barədə tələbələr iyunun 30-da keçirdikləri brifinqdə məlumat veriblər. Amma tələbələr etiraz aksiyalarını dayandırmaq niyyətində olmadıqlarını və iyulun 1-də etibarən universitetin binasında oturaq aksiya keçirəcəklərini də deyiblər.
Təhsil Nazirliyi qanunsuz tələbə qəbul etmək ittihamı ilə MAU-nun lisenziyasını ləğv etdikdən sonra həmin ali məktəbin bir qrup tələbəsi başqa universitetlərə bərpa olunmaq tələbilə iyunun 1-dən aclıq aksiyası keçirirdilər.