40 nəfərin namizədliyi qeydiyyata alınıb

Bələdiyyə seçkilərində iştirak edəcək namizədlərin qeydiyyat prosesi davam edir. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun verdiyi məlumata görə, müraciət edən 630 nəfərdən 40 nəfəri qeydiyyata alınıb. MSK sədri bildirib ki, bələdiyyə seçkiləri ölkənin 83 dairəsində keçirilməklə bütün regionları əhatə edəcək.


Oktyabrın 6-da 604 bələdiyyə üzrə 1442 yerə yeni seçkilər keçiriləcək.