Hacı Məmmədov və daha 26 nəfərin məhkəməsində ittihamnamə oxunub

İyulun 21-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı, polkovnik-leytenant Hacı Məmmədovun və daha 26 nəfərin məhkəməsi davam etdi. Məhkəmədə bütün gün ərzində ittihamnamə oxundu. Hacı Məmmədov və digər təqsirləndirilənlər çoxsaylı qətllərdə və adam oğurluqlarında ittiham olunurlar. İstintaq materiallarında göstərilir ki, onların bu fəaliyyəti 10 il davam edib. Həmin müddətdə Hacı Məmmədov Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsində yüksək vəzifə tutub. İdarənin rəisi olmuş Zakir Nəsirov da indi məhkəmə qarşısında dayanıb.


Hacı Məmmədov Cinayət Məcəlləsinin 60 maddəsi ilə ittiham olunur. Onun rəhbərlik etdiyi dəstə üzvlərini 2005-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları həbs ediblər.


Məhkəmə prosesi iyulun 24-də ittihamnamənin oxunması ilə davam edəcək.