«Sərhədsiz Reportyorlar» təşkilatı Azərbaycan hökumətini Bəxtiyar Hacıyevi dərhal azad etməyə və bütün ittihamları üzərindən götürməyə çağırıb.
Təşkilatın yaydığı bəyanatda deyilir ki, B. Hacıyev «Facebook» sosial şəbəkəsində hökumət əleyhinə aksiyaya çağırış etdikdən sonra, martın 4-də həbs olunub.
«Hökumət ifadə azadlığı sahəsində beynəlxalq konvensiyalara hörmətlə yanaşmalıdır» - deyə bəyanatda qeyd olunur.
Gənc fəal B.Hacıyev hərbi xidmətdən yayınmada ittiham olunur. Məhkəmə aprelin 8-də onun barəsində müddətsiz həbs-qətimkan tədbiri seçib.