Rusiyanın «Exo Moskvı» radiostansiyasının baş redaktoru Aleksey Venediktov «Azadlıq» radiosuna müsahibə verib. Müsahibəni təqdim edirik:
- Radionuzu bağlamırlar?
- Yox, bu, mümkün deyil. Birincisi, biz gəlirli radioyuq, ikincisi də Rusiya qanunlarına əməl edirik. Bura Konstitusiya da daxildir.
- Əgər 10 il bundan qabaqkı Rusiyadakı vəziyyətlə indiki durumu müqayisə etsək, söz azadlığı ilə bağlı vəziyyəti necə qiymətləndirərdiniz?
- İlk öncə obyektiv rəqəmlər var. Putinin 8 illik hakimiyyəti dövründə Rusiyada KİV-lərin fəaliyyətinə aidiyyatı olan qanunlara 43 düzəliş edilib. Bu, nəinki KİV haqqında qanuna aiddir, həmçinin ekstremizmlə mübarizə haqda qanun, Vergi Məcəlləsi, Seçki Məcəlləsi və s. – də bu sıradadır. Bütün 43 düzəliş informasiyanı yayan və toplayanlara qarşı repressiv xarakterlidir. Jurnalistlərin işini, vətəndaşların informasiya mənbələrinə əlçatanlığını asanlaşdıran heç bir düzəliş qəbul edilməyib. Bu, faktdır. Onu mübahisələndirmək mümkün deyil.
İkinci fakt ondan ibarətdir ki, meydanda oyunçuların sayı azalır, məkan isə daralır. Putinin zamanında 6 federal telekanaldan 4-ü dövlət, 2-si isə özəl idi. İndisə 6-sı da dövlət kanalıdır. Bu faktı da mübahisələndirmək olmur.
Üçüncü fakt ondan ibarətdir ki, Putinin hakimiyyəti zamanı, müxtəlif mənbələrə görə, 13-18 jurnalist peşəkar fəaliyyətilə bağlı öldürülüb. İş onda deyil ki, onları öldürüblər. Bu, ədəbsiz səslənir. Söhbət peşəkar risklərdən gedir. Biz sərt şərtləri olan zonada çalışırıq. Sual ondadır ki, bu günədək heç bir qətlin üstü açılmayıb. Prezident Medvedevə birbaşa məruzədə bildirilib ki, Aşkarlığı Dəstək Fondunun sonuncu hesabatındakı qeydlərə görə, Putin zamanında jurnalist qətllərilə bağlı işlər adi vətəndaşı ölümü ilə bağlı işlərdən səkkizqat ləng gedib. Nə oliqarxın qətli, nə də deputatın qətlindən danışıram. Adi vətəndaşın qətlindən 8 dəfə daha ləng. Bu üç fakt onu göstərir ki, informasiyanı əldə etmək, yaymaq və almaq imkanları ilə bağlı vəziyyət Rusiyada son 80 il ərzində çox pisləşib.
- Bu, Azərbaycandakı vəziyyəti xatırladır. Jurnalistlərə qarşı cinayətlərin üstü açılmır, onları öldürürlər, nəzarət altında olan KİV-lər var.
- Bilirsinizmi, 10 gün bundan əvvəl prezident Əliyev Moskvada olanda, baş redaktorlarla görüş keçirildi. Qapalı görüş. Mən bu sözləri ona dedim. Prezidentin diqqətini ona cəlb etdim ki, bundan daha çox Azərbaycan əziyyət çəkir, biz rusiyalı jurnalistlər yox. Azərbaycan daxildən əziyyət içindədir, xaricdən isə Azərbaycanın imicinə zərbə vurulur. Deməzdim ki, prezident çox məmnun oldu. Amma mənə belə gəlir ki, o, demək istədiyimizi eşitdi. Daha dəqiq onu ki, jurnalistika xüsusi bir missiyadır, xüsusi bir funksiyadır. Dövlətə, məhz dövlətə söz azadlığı sərf edir. Təkrarlayıram, sərf edir. Hansı nəticələrə gəlinəcək - bu barədə bir söz deyə bilmərəm. Lakin düşünürəm ki, bu arqumenti o qəbul etdi.
- Cavab verdimi?
- O, iki nümunə gətirdi. Onlar dolayı fikirlərdən ibarət idi. Əsasən söhbət şantaj hallarından gedir. Bizdə də bu var. Əlbəttə, belə hallara görə cəzalandırmaq lazımdır. Diffamasiya, ailə üzvlərinin təhqiri haqda da danışdıq. Bununla da razılaşmaq olar. Diffamasiyaya görə, cəzalandıran qanunlar olmalıdır. Onunla razıyam. Mən axı başqa şey haqda danışıram. Mən müxalif jurnalistika haqda yox, dürüst, təmiz, peşəkar jurnalistika haqda danışıram. Prezident Əliyevə, fikrimcə, sərfəlidir ki, Azərbaycanda daha çox dürüst jurnalist, peşəkar KİV-lər olsun. Qoy, onu tənqid etsinlər. Bəli, ailəyə toxunmaq lazım deyil. Mən bununla tamamilə razıyam. «Exo Moskvı» radiosunda bu sadəcə qadağandır. Prezident və baş nazirin ailə məsələlərinə toxunmaq keyfiyyətli jurnalistikaya layiq olan bir şey deyil. Bu, sarı mətbuat işidir. Qoy, məhz o mətbuat hesabat versin.
- Bunların hamısını «Azadlıq» radiosu da etmir. Buna baxmayaraq, yayımımız Azərbaycanın milli tezliklərində qadağan edilib.
- Əfsuslar, Rusiyada da belədir. Bəlkə şəxsən radiomuz üçün bu sərfəlidir. «Azadlıq» radiosu «Exo Moskvı»nın rəqibidir. Buna görə mən bunu alqışlaya bilərəm ki, «Azadlıq» radiosu FM-də qadağan edilib. Lakin sizə deməliyəm ki, burada sual xarici radionun milli tezliklərdə işləməsindədir. Biz də Bakıda yayımlana bilmərik, heyfslənirəm buna görə. Hətta mənim respublika rəhbərləriylə yaxşı münasibətlərim belə, buna imkan vermir. Leqallaşdırılması mümkün deyil. Bunun üçün milli qanunvericiliyi dəyişmək lazımdır. Qloballaşma onsuz da hər şeyi çözəcək. İnternetdə ki, yayımlanırıq. Kabel televiziyalarında yayımlanacağıq. Siz də bunu edin. Hakimiyyətə belə münasibət bəsləyirik ki, guya onlar hər şeyi bizim kimi etməlidir. Bu, belə deyil, onların başqa sənəti var. Onlar bizdən qaçırlar, biz onlara çatmağa çalışırıq. Əfsuslar ki, bəzən əksinə olur. Lakin prezident Əliyev, Medvedev və Obamadan tələb etmək ki, onlar jurnalistləri sevsinlər...bizim mövcudluğumuz onları boğur. Onların hamısı bizi sevmir. Bu, təbiidir. Əgər onlar bizi sevsəydilər, mən düşünərdim ki, nəyisə düz etmirəm. Bu onda başqa peşə olardı - xidmət, PR, amma jurnalistika yox. Ona görə də bəli, onlar bizi sevmirlər, mübarizə aparırlar bizimlə və bu, normaldır. Azarımız odur ki, bu mübarizəni qanun çərçivəsində, leqal aparsınlar. Həm biz, həm də onlar tərəfindən. Şəksiz.
- Maraqlıdır, niyə Azərbaycanda baş verənlər Rusiyada baş verənlərə bu qədər oxşayır? Niyə?
- Mən Azərbaycanda baş verənləri o qədər də yaxşı bilmirəm. Siyasi baxımdan. İnformasiya azadlığı nöqteyi-nəzərdən, imkan olan kimi prezident Əliyevə bildiklərimi, düşündüyümü söyləyirəm. Səmimi olaraq. O da mənə necə istəsə, elə də cavab verir. Buna baxmayaraq, ondan müsahibə də alıram, imtina da etmir. Mənə belə gəlir ki, burda postsovet məkanındakı prosesləri nəzərə almaq lazımdır. Onlar ümumidir və həyatımız boyu davam edəcək. Nəsillər məsələsi var. Mən amerikalılarla danışmışam. Onlar bizim başa düşdüyümüz mənada söz azadlığının nə demək olduğunu anlaya bilmirlər. Bu, onlar üçün təbiidir. Onlar məhz söz azadlığının içində yaşayırlar. Hava içində yaşadıqları kimi. Siz axı necə nəfəs aldığınızı hiss etmirsiz. Bunu necə əldən almaq olar? Bizim üçünsə, postsovet adamları üçün, siyasətçilər üçün, jurnalistlər üçün, auditoriyamız üçün, seçici üçün, bu, qəribə bir şey kimi görünür. Ki, bu, niyə lazımdır? İnsanlar - nə siyasətçilər, nə dinləyicilər, əfsuslar olsun, azad dövriyyə edən informasiyanın dəyərini anlamırlar. Siyasətçilər bizim kimi postsovet adamlardır. Və mətbuatla problemlərini Obama kimi uzaqgörən variantda yox, çox sadə həll edirlər. Putin kimi.
- Siyasətçilər tez-tez mentalitetə istinad edirlər ki, cəmiyyətlər guya Qərb dəyərlərini anlamağa hazır deyillər. Bu hamısı bizim üçün qeyri-təbiidir. Bəs necə düşünürsüz, nə vaxt hazır olacaqlar?
- Birincisi, hesab etmirəm ki, hazır deyilik. Yolboyu balıq yediyimizə görə biz ət yeməyə hazır deyilik. Bu, doğrudur. Və əti görəndə yumşaq desək ən azı təəccüblənirik. Amma bəzi ölkələrdə bu proses daha tez, digərlərində daha ləng gedir. Üçüncü ölkələrdə isə ümumiyyətlə əks istiqamətdə gedir. Rusiyada bu cür baş verdi. Ukraynada isə... Orada xaosdur. Mən şəxsən xaosa üstünlük verirəm, nəinki bizdəki kimi kazarma nizam-intizamına. Düşünürəm ki, proses gedir. İnternet, rəqəmsal peyk yayımı, kabel yayımı – bunu axı saxlamaq mümkün deyil. Biz informasiya inqilabı içindəyik. Heç kim saxlaya bilməyəcək. Nə Obama, nə Əliyev, nə Sarkozi, nə Medvedev, nə Zimbabvenin başçısı Muqabe. Saxlamayacaqlar. Biz sadəcə, həmin qatarı irəli itələməliyik. O çox ağırdı. Amma etməliyik.
- Siyasi proseslər öz axarı ilə gedir. Rusiyada hətta Konstitusiyaya dəyişiklik də edildi. Sonra Azərbaycan Konstitusiyası da dəyişikliklərlə üzləşdi. Və artıq Azərbaycanda prezident ürəyi istədiyi qədər seçilə bilər. Əgər onu seçsələr…
- Bu, pisdir. Bu, o deməkdir ki, siyasi elita sui-qəsdlər hazırlayacaq. İstənilən hakimiyyət sonda yaxın ətrafı da bezdirir. Biz görürük ki, 20-ci əsrdə özlərini ömürlük elan edən prezidentlər ya kütlə tərəfindən parçalanıblar, ya da sürgündədir. Demokratiya rəhbərliyin ötürülməsi deməkdir. Hakimiyyətin demokratik ötürülməsi olmayan yerdə üsyana sövqetmə baş verir. Dəhşətli üsyana. Azğınlaşmız kütləyə, hərbi çevrilişlərə gətirib çıxarır. Düşünürəm ki, məhdudiyyətsiz seçim imkanı tətbiq edilən ölkələrdə bu səhv addımdır. Bu, sadəcə tarixi bilməməkdir. Bu, çox təhlükəlidir. İlk növbədə Əliyev üçün təhlükəlidir. Ona görə ki, ömürlük seçilmək imkanı ilə o yerinə göz dikənləri birləşdirəcək. Heç kim bu imkanı əldən verməyəcək. Bu, səhvdir.
- Qarabağ məsələsində Rusiyanı hər şeydə günahlandıran adamlara münasibətiniz necədir?
- Mən buna pis baxıram. Bu, Qarabağ probleminə sadə baxışdır. Əgər dondurulmuş münaqişələr haqda danışsaq, burada mən prezident Əliyevlə razıyam ki, Gürcüstandakı konflikt bunların dondurulmuş olmadığını göstərdi. Bu münaqişələr həmişə hərbi fəaldırlar. Kül altında olan vulkan kimi. Orada hər zaman nəsə qaynayır. SSRİ öz rolunu, ikinci dərəcəli rolunu oynadı bu tarixdə. Əgər bu, süni olsaydı, münaqişə çoxdan həll olunmuşdu. Hərbi yolla, kiminsə xeyrinə. Güman ki, postsovet məkanında problemləri uzunmüddətli danışıqlarla həll edəcəklər. Bu, çox vaxt aparacaq. Rusiyada Qarabağ sözü altında yalnız Qarabağı anlayırlar. Nə Laçın dəhlizini, nə də ətrafı. Tarixi pis bilirlər. 7 rayondan söhbət gedir. Rusiyada Xocalı faciəsi haqda demək olar ki, danışmırlar. Bir şey belə bilmirlər, real olaraq heç nə. Buna görə də, Rusiya rəhbərliyi Qafqazda nüfuzunu möhkəmlətmək üçün arsız olaraq hansısa balansı, ziddiyyətləri dəstəkləyir. Əlində bir həssas düymə saxlayır ki, onu basanda hər iki tərəf reaksiya versin. Həmin işi Türkiyə, ABŞ da görür. Düzdür, bu işlərin arxasında biz zərərçəkənləri görmürük. Hər tərəfdən qaçqınları görürük. Kimlərsə deyir ki, biz dahi geosiyasətçilərik, siyasi oyun oynayırıq. Bu, onların roludur. Lakin, qaçqınlar məsələsi ümumiyyətlə arxa plana çəkilib. Və mənə belə gəlir ki, Əliyevlə Sarkisyanın görüşü Praqada Rusiyanın təklif etdiyi kimi öz səfirliyində yox, məhz ABŞ səfirliyində keçirildi. Amerika uzaqdadır axı. 58-ci ordunu və 6-cı donanmanı göndərən deyil. Mən bilirəm ki, Medvedev Qafqazda partlayışdan qorxur. Həmin partlayış Şimali Qafqaza keçə bilər. Düşünür ki, sizdə nə baş verir, heç marağında da deyilik. Vəziyyəti dondurmaq istəyir. Əgər həlli yoxdursa, qoy öz yerində çürüsün. Əgər mən Rusiya siyasətini düzgün anlayıramsa, bu, belədir. Lakin Gürcüstandakı olaylar nəzarətsiz zəncirlə davam etdiyinə görə, Rusiya rəhbərliyinin seçimi münaqişələrin həlli istiqamətindədir. Şərtləri bilmirəm. Amma şəksiz həll etmək istiqamətində. Regionda hərarəti aşağı salmaq ehtiyacı var. Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstanın qayğısına qalmaq deyil, ortada Şimali Qafqaz və Cənub Enerji Dəhlizi var. Bu, müqəddəsdir. Bunlara görə əllərinizi qırarıq, deyilir. Məhz buna görə bölgədə hərarət azalacaq.
- Hansı dərəcəyədək?
- Ya həll etmək, ya da dondurmaq. Məncə, bu il mühüm bəyanatlar olacaq. Məsələn, Laçın dəhlizi ilə bağlı. Düşünürəm ki, «Qarabağ qaçqınları» ifadəsi kənara qoyulacaq. Problemi tanıyıblar. 6-7 ətraf rayon isə danışıqların əsası olacaq. Bu, Ermənistan və Azərbaycan arasında Sankt-Peterburqdakı danışıqlarda baş verəcək. Piterdəki İqtisadi Forum çərçivəsində. Yəni, demək istəyirəm ki, bu, uzun mərhələli tarixçə olacaq. Amma qaçqınlar problemi indiki şərtlər çərçivəsində həll olunmazdır. Aydındır ki, hər iki tərəf öz qaçqınlarını cəmiyyətlərə inteqrasiya edir. Və lazım olanda, vəziyyəti gərginləşdirmək üçün, onlardan istifadə edir.
- Necə fikirləşirsiniz, nə daha tez olacaq: Türkiyə Ermənistanla sərhədləri açacaq, yoxsa Qarabağ problemində hanasısa irəliləyiş olacaq?
- Danışıqları aparanlarla söhbətlərimə əsaslanaraq, deyə bilərəm ki, Laçın dəhlizi ilə bağlı bəzi irəliləyişlər haqda bəyan ediləcək. Hansısa proses başlayacaq. Və yalnız bundan sonra Türkiyə sərhədləri açacaq. Bundan tez Türkiyə sərhədləri açan deyil. Və bildiyimə görə, Ərdoğan bu sözləri Bakıya səfəri zamanı təsdiqləyəcək.