«Bunu anlamağımız çox vacibdir ki, bir çıxışla Yaxın Şərqin bütün problemlərini həll eləmək olmaz, odur ki, düşünürəm ki, gözləntilər də elə də yüksək olmamalıdır».
ABŞ prezidenti Barak Obama hələ dünən Vaşinqtonda olanda, Yaxın Şərq turnesinə başlamazdan əvvəl belə demişdi. Obama iyunun 4-də Qahirədə islam dünyasına ünvanlanan çıxışını nəzərdə tuturdu.
Çünki indi istər Qərb mediası, istərsə də Yaxın Şərqdə çoxları Obamanın müsəlman dünyasına müraciətinin nələri dəyişəcəyini müzakirə edir. Daim Qərb siyasətinə qarşı çıxan və bəzi ölkələrdə də qadağan olunan Müsəlman Qardaşlığı hərəkatının Misirdəki siyasi qanadının təmsilçisi Essan əl-Eriyan:
«İslam ölkələri əvvəlki ABŞ hakimiyyətinin axmaq siyasəti üzündən bu gün dağılmış vəziyyətdədir. Əgər Obama bu siyasəti dayandırıb Amerikayla müsəlman camaatı, rejimlər yox, islam dünyası arasında körpü yaratmağa cəhd eləyəcəksə, bu yaxşı addım olar. Çıxışların, verilən vədlərin reallaşması özü də vaxt aparacaq. Ancaq biz hələ gözləyirik».
İSLAM DÜNYASINDA ÇOXLARININ GÖZLƏNTİSİ DAHA ÇOX İSRAİL-FƏLƏSTİN MÜNAQİŞƏSİYLƏ BAĞLIDIR
Bəziləri bu çıxışla ABŞ-la islam dünyasının münasibətlərində yeni dövrün açılacağına inanır, bəziləri ABŞ-ın İsrail-Fələstin münaqişəsində daha aktiv rol oynayıb, problemin həllinə yardım edəcəyinə ümid edir, bəziləri isə ABŞ-ın İraq və Əfqanıstana hərbi müdaxiləsindən sonra islam dünyasında yaranan təcavüzkar imicini düzəltmək üçün konkret addımlar atacağını, xarici siyasətini dəyişəcəyini gözləyir.
Yaxın Şərqdə, islam dünyasında çoxlarının gözləntisi isə daha çox İsrail-Fələstin münaqişəsiylə bağlıdır. Brooking İnstitutunun Araşdırmalar Mərkəzinin hesablamalarına görə, dünya müsəlmanlarının 1/6 ərəb müsəlmanlarıdır. Mərkəzin rəhbəri Hadi Əmr deyir ki, son sorğulara görə, Fələstin məsələsi ərəblərin həyatında önəmli rol tutur:
«Bu gün ərəblərin 38 faizi Fələstin məsələsini yeganə vacib problemləri kimi göstərirlər. Ərəblərin 76 faizi üçünsə bu problem, təhsil, səhiyyə, vergi siyasətilə yanaşı onları narahat edən 3 vacib problemdən biridir. Yəni, açıqcası ərəb dünyasında İsrail-Fələstin münaqişəsinə çox ciddi önəm verirlər».
ABŞ prezidenti Barak Obama özü də Qahirədəki müraciətində Fələstin məsələsinə toxunacağını gizlətmir, amma İraq və Əfqanıstan problemləri, İranla münasibətlərə də diqqət çəkmək istədiyini deyir:
«Mən ABŞ-la, eləcə də Qərblə islam dünyası arasında daha yaxşı dialoq qurmağa cəhd eləmək istəyirəm ki, islam dünyası terror, demokratiya kimi mürəkkəb məsələlərə yanaşmamızı, İraq və Əfqanıstanda baş verənlərin əsl mahiyyətini, İranla münasibətlərimizin səbəbini və İsrail-Fələstin münaqişəsinin həllini necə gördüyümüzü daha yaxşı anlaya bilsin».
«MƏN ONUN SÖZLƏRİNİN ƏMƏLİ OLMASINI İSTƏYİRƏM»
Öbamanın Qahirədə gözlənən müraciətilə bağlı bir fikir də var ki, ümumilikdə islam dünyasına müraciət eləmək özü çox qəliz məsələdir. Çünki dünyada 1 milyarddan çox müsəlman olsa da, onların hamısının ortaq bir mədəniyyət - islam mədəniyyətinə aid olduğunu demək çətindir. Çünki islam çox böyük çoğrafiyaya yayıldığından onun regionlardan və milli mənsubiyyətindən asılı olaraq fərqli ərazilərdə fərqli dəyərlər sistemi yaratdığını görmək olar. Məsələn, farslar, ərəblər, türklər, Cənubi Asiya müsəlmanları və s. Onların problemləri və Qərbə baxışları da fərqlidir. Qərb ekspertlərinin fikrincə, bütün bunları nəzərə alanda Obamanın müraciətinin daha çox Yaxın və Orta Şərqə ünvanlandığını demək olar. Ümumilikdə islam dünyasında gedən müzakirələrdə Obamanın özəl olaraq islamla dialoqa cəhd eləməsini yaxşı qarşılayırlar, amma Obamadan real vədlər verməsini də gözləyirlər. Qahirə Universitetinin tələbələrindən biri «Röyters»ə belə deyib:
«Mən onun ancaq gözəl sözlər deməsini istəmirəm, mən onun sözlərinin əməli olmasını istəyirəm».
Amma, Brooking İnstitutunun Araşdırmalar Mərkəzindən Hadi Əmr kimi çoxlu ekspertlər də var ki, Obamanın sadəcə, islam dünyasıyla dialoqa başlamaq cəhdini belə, artıq irəliləyiş sayırla, və bunun davamını gözləyirlər:
«Lütfən, başladığınız kimi davam eləyin. Siz doğru yoldasız. Lütfən, qorxmayın, çəkinməyin. İslam dünyasının diqqətini çəkməyə çalışın. İsrail-Fələstin münaqişəsinin həllinə diqqət yetirin. Qoşunları İraqdan çıxaranda arxanızda sağlam, azad, təhlükəsiz və ümidli bir dövlət qurmağa diqqət eləyin. Əfqanıstandakı problemlərin həllinə köklənin, Pakistana da üzləşdiyi problemlərdən baş çıxarmağa yardım eləyin».