Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev «Azadlıq» radiosunun «İşdən sonra» proqramında «Qeyri-hökumət təşkilatları haqqında» qanuna təklif olunan əlavə və dəyişiklikləri şərh edərkən belə deyib.
Onun sözlərinə görə, dəyişikliklərin əsas məqsədi QHT-ləri xarici donorların asılılığından qurtaqmaqdır:
«QHT-lər daha çox milli mənbələrə arxalanmalıdır. Məsələn, hər hansı QHT-yə ayrılan qrantların 50%-i dövlət tərəfindən, qalanı isə yerli kommersiya təşkilatlarından, xeyriyyəçilərdən, ianələr şəklində olsa yaxşıdır».
HƏMÇİNİN BAX:
Düzəlişlər olduğu kimi qəbul edilərsə…