İyunun 12-də Bakı Apellyasiya Məhkəməsi «Barmek» şirkətinin prezidenti Hüseyn Arabulun həbsdən azad edilməsilə bağlı şikayətini təmin etməyib.
Türkiyəli iş adamının vəkili Abbas Atakişinin «Azadlıq» radiosuna dediyinə görə, Hüseyn Arabul hələ ki həbsilə bağlı hər hansı ifadə verməyib. Vəkilə görə, Arabulun ona dediklərilə Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatlar bir-birilə düz gəlmir.
Vəkil deyir ki, Hüseyn Arabulun Azərbaycan dövlət sərhədini keçərkən balıqçı formasında olması, onun fiziki görkəminə dəyişiklik edilməsi, sərhədçilərə rüşvət təklif etməsilə bağlı yayılan informasiyaları qəbul etmirik.
Hüseyn Arabul 2007-ci ildə Azərbaycanda iqtisadi cinayətkarlıqda təqsirli bilinərək 5 il şərti cəza alıb. Bu müddətində o, ölkəni tərk edə bilməz.
Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, «Barmek» prezidenti Hüseyn Arabul Azərbaycandan Gürcüstana keçmək istəyərkən həbs olunub. Ona qarşı Cinayət Maddəsinin 318-ci maddəsi ilə (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz pozma) cinayət işi başlanıb. Barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Hazırda Bayıl təcridxanasında saxlanılır.