Müxalifət mətbuatı yazır ki, rejissora filmi üzə çıxartmağa qadağa qoyulub. Bəzi mənbələr yazır ki, filmdə pornoqrafik səhnələr olduğuna görə əsər «sandıqda qalıb».
«Ehram TV» dövlət sifarişidir.
Kinorejissor gecikmənin səbəbi haqda danışmaq istəmir:
«Hakimiyyətlə və Mədəniyyət Nazirliyi ilə mənim aramda heç bir qarşıdurma yoxdur. Olsaydı bu barədə məlumat yayardım».
«Ehram TV» filminin çəkilişləri artıq başa çatıb, səs effektlərinin tamamlanması işi qalıb.