Azərbaycanın cənub bölgəsi epidemioloji cəhətdən ən gərgin bölgə hesab olunur. Burada narkomanların sayı sürətlə artır. Lənkəran Narkoloji Dispanserin baş həkimi Vüqar Əliyev «Azadlıq» radiosuna belə deyib.
Həkim onu da bildirib ki, rayonda 1750 nəfər narkoman qeydiyyatdadır, onlardan 7-si qadındır.
Lənkəran Narkoloji Dispanserdə il başlayandan 80 nəfərə yaxın şəxs müayinədən keçib. Bununla yanaşı AIDS-ə görə də 500 nəfərə yaxın yerli sakin yoxlamadan keçib. Həkim bildirir ki, Lənkəranda AIDS xəstələrinin 70 faizi narkomandır.
İnsan Hüquqları üzrə Lənkəran Resurs Mərkəzinin direktoru Esmira Turhidə narkomanların sayının rəsmi göstəricilərdən bir neçə dəfə çox olduğunu deyir. Onun fikrincə, hər on ailədən təxminən beşində narkoman var. Eyni zamanda belə ailələrin sayı da artır. Esmira Turhidənin sözlərinə görə, Azərbaycanın cənub bölgəsində narkomaniya artıq sosial bəlaya çevrilib.
Qeyd edək ki, 26 iyun Beynəlxalq Narkomaniyaya Qarşı Mübarizə günüdür.