O bildirib ki, diplomatlar iyulun 6-da ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin yerləşdiyi Gəncə şəhərinə gedəcəklər, daha sonra isə Naxçıvan Muxtar Respublikasında olacaqlar.
İyulun 8-i isə XİN Bakıda Diplomatik Akademiyada Azərbaycanın xarici siyasətinə həsr olunmuş beynəlxalq konfrans keçirəcək. Son yubiley tədbiri isə iyulun 9-da olacaq. Həmin gün diplomatlar Şəhidlər və Fəxri xiyabanları ziyarət edəcəklər, Dövlət Neft Şirkətinin binası önündə lövhə asılacaq. Xalq Cümhuriyyətinin xarici siyasət idarəsi həmin binada yerləşib.
Azərbaycan Xarici İşlər Nazirliyi 1918-ci ilin mayın 28-də yaradılıb, ilk nazir isə Məmmədhəsən Hacınski olub. Bu vaxta kimi Azərbaycanın xarici siyasət idarəsinə 15 nazir başçılıq edib.