İyulun 5-i Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2009-2010-cu tədris ili üçün ali məktəblərə və orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirir.
Qəbul imtahanı Bakı, Naxçıvan və Sumqayıt şəhərlərində keçirilir. İmtahanın keçirilməsi üçün Bakı şəhərində 49, Sumqayıt şəhərində 6, Naxçıvan şəhərində 3 bina ayrılıb.
III qrup üzrə 35772 abituriyent ərizə təqdim edib. Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənc isə 1994-cü ildəndir.
İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən III ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları iyulun 5-i axşam saatlarında TQDK-nın internet saytında yerləşdiriləcək.