ÇOXLARI BUNU PXENYANIN XƏBƏRDARLIĞI KİMİ QİYMƏTLƏNDİRİR
4 iyuldan bu yana ABŞ-da və Cənubi Koreyada onlarla dövlət və özəl internet saytlar mütəşəkkil hücuma məruz qalıb. «DoS» hücumu kimi tanınan bu əməliyyatlar ilk öncə ABŞ-da hiss olunub. Ağ Ev, Dövlət Departamenti, Nyu-York birjası kimi qurumların saytları eyni anda milyonlarla kompyuterdən gələn tələblə üzləşib.
İyulun 7-də isə eyni hal Cənubi Koreyada təkrarlanıb. Burda prezidentin, Müdafiə Nazirliyinin, parlamentin, Mərkəzi Bank və ən populyar qəzetin saytı da daxil olmaqla 11 resurs kiber hücuma məruz qalıb. Nəticədə həmin saytların bəziləri çöküb, bəziləri isə ciddi şəkildə zədələnib. Hücumun konkret hardan və kim tərəfindən başladılmasını müəyyənləşdirmək isə praktiki olaraq mümkünsüz olsa da, məsələdə Cənubi Koreyanın Kəşfiyyat Agentliyinin rəhbəri dərhal Şimali Koreya və ya onlara rəğbət bəsləyən qrupların əli olduğunu bildirib.
Hücum nəticəsində dəyən ziyan çox olmayıb, nə Amerikada, nə də Cənubi Koreyada. Odur ki, indi bir çoxları bunu Pxenyanın xəbərdarlığı kimi qiymətləndirir və yeni hücumlara hazırlaşmağa çağırırlar.
Cənubi Koreya hökumətinin icra aparatının rəhbəri Noun Tae-Şin:
«Şimali Koreya və ya onların tərəfdarlarının bu kiberterrorda əli omasıyla bağlı çoxlu şaiyələr var. Odur ki, ikinci və üçüncü kiber hücumun da baş vrməsini istisna eləmirik. Hökumət milli təhlükəsizliyi təmin etmək üçün kiber təhlükəslzik tədbirlərini artırmalıdır».
ABŞ rəsmiləri baş verən hücumun «botnet» hücumu olduğunu bildirib. 2007-ci ildə Rusiyayla siyasi gərginlik yaşadığı vaxtda Estoniya, ötən ilsə Rusiyayla 5 günlük müharibə vaxtı Gürcüstanın internet məkanı da bu cür irimiqyaslı hücuma məruz qalmışdı. Hər iki hücumun Rusyadan təşkil edildiyini açıq şəkildə bəyan eləsələr də, rəsmilərin bu cür iddialarını heç cür sübuta yetirmək mümkün olmamışdı.
BU CÜR HÜCUMLARIN HANSISA DÖVLƏT TƏRƏFİNDƏN TƏŞKİL OLUNDUĞUNU SÜBUT ETMƏK MÜMKÜNSÜZDÜR
Nyu-Yorkdan kiber təhlükəsizlik eksperti Yevgeni Morozov deyir ki, bu cür hücumların hansısa dövlət tərəfindən təşkil olunduğunu sübut etmək mümkünsüzdür. Çünki hücum üçün öncə virus yaradılır əv milyonlarla kompyuterə yerləşdirilir. Bir müddət sonrasa həmin kompyuterlərin hamısından müəyyən bir hədəfə hücuma keçilir:
«Botnet» hücumlarında iştirak edən kompyuterlərin istifadəçiləri heç özləri də bilmirlər ki, onların kompyuteri hansısa hücumda iştirak edir. «Botnet»in əsas gücü odur ki, dünyadakı 10 milyon kompyuterdən bir serverə eyni anda siqnal göndərir. Hansısa serveri çökdürmək üçün bu, ən yaxşı yoldur. Kiber hücumlar belə baş verir. Düzdür, bu, hansısa xakerin serverə girib, müdafiəni sındrıb, bütün informasiyaları oğurlaması kimi incə görünmür».
Burda sual yaranır ki, əgər faktiki olaraq, «botnet» hücumlarının arxasında kimin durduğunu müəyyənləşdirmək mümkün deyilsə, onda indi Cənubi Koreya və ABŞ-da nəyə görə Şimali Koreyanı ittiham edirlər?
Bu ittihamları səsləndirənlər əsasən bir neçə detala istinad edirlər. Birincisi, çərşənbə günü Şİmali Koreyanın əbədi prezidenti və lideri Kim İr Çenin ölümünün 15-ci ili tamam olurdu. İkincisi isə, zaman-zaman Şimali Koreya onlar haqqında saxta məlumatlar yaymaqda ittiham etdiyi cənubluları yüksək texnoloji müharibəylə hədələyib.
ABŞ-da kiber hücumların qeydə alındığı vaxt Şimali Koreya həm də 7 ballistik raketi sınaqdan keçirirdi.
Üstəlik, bəzi ekspertlər deyirlər ki, ümumilikdə informasiya texnologiyaları sahəsi inkişaf etməyən Şimali Koreyada dövlət son onillikdə kompyuter savaşları texnologiyasını inkişaf etdirmək üçün çox çalışıb. Ekspertlərin fikrincə, indi Şimali Koreyalılar «botnet» hücumlarını təşkil etmək imkanlarına malikdirlər.
BU HÜCUMLAR BİZNEZ VƏ SƏNAYE CASUSLUĞU ŞƏBƏKƏLƏRİNİN TƏXRIBATINA OXŞAYIR
BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı maydakı nüvə silahı sınağına görə yeni sanksiyalar tətbiq edib. BMT-nin Sanksiyalar Komitəsi iyulun 10-na kimi Şimali Koreyanın nüvə və ballistik raket sınaqlarına yardım edən şirkətlərin siyahısını hazırlamalıdır.
Cənubi Koreya kəşfiyyat agentlikləri həmin tarixə qədər növbəti kiber hücumların ola biləcəyini ehtimal edirlər.
Ancaq Estoniyaya və Gürcüstana qarşı Rusiyanın ittiham edildiyi və çinlilərin tez-tez ittiham olunduğu hücumları xatırladan bəzi şərhçilər isə deyirlər ki, sadalanan ölkələrdən fərqli olaraq Şimali Koreyanın nə kompyuter texnologiyaları o qədər inkişaf edib, nə də bu cür hücumları sifariş etmək üçün elə də ciddi səbəbi və artıq imkanı var. Bu hücumlar daha çox hansısa biznez və sənaye casusluğu şəbəkələrinin törətdiyi təxribata oxşayır.