İyulun 13-də Böyük Britaniya paytaxtında ARDNŞ-la BP şirkəti arasında Xəzərin Azərbaycan sektorundakı «Şəfəq» və «Asiman» yataqlarının işlənməsi ilə bağlı anlaşma memorandumu imzalanıb. Neft məsələləri üzrə ekspert İlham Şabanın fikrincə, bu anlaşma rəsmi Bakının Xəzərin Azərbaycan sektorunda olan karbohidrogen ehtiyatlardan maksimum yararlanmaq istəyindən xəbər verir:
- Rusiya və Türkmənistan enerji sektorunun işlənməsinə xarici şirkətləri buraxmır, Qazaxıstan isə onlara bir sıra məhdudiyyətlər qoyub. Azərbaycan isə bütünlüklə fərqli siyasət yürüdür. Hakimiyyət Xəzərdəki karbohidrogen ehtiyatlardan maksimum gəlir əldə edilməsi kursunu seçib.
İlham Şaban düşünür ki, bu, sırf iqtisadi anlaşma olsa da, eyni zamanda Qərbə edilən jestdir.
SİYASİ QUYU
Siyasi şərhçi Rauf Mirqədirov isə fərqli düşünür:
- Xəzərin həmin hissəsində heç bir geoloji kəşfiyyat işləri aparılmayıb. Hələ bəlli deyil ki, o yataqların ehtiyatı nə qədərdir, BP-nin ora yatıracağı vəsait özünü doğruldacaq, ya yox. Düşünürəm ki, bu iqtisadi anlaşmanın siyasi tərəfləri daha qabarıq görünür. Bir məsələni diqqətə almaq gərəkdir ki, Britaniya Avropa Birliyinin üzvüdür, bu qurumda məsələlərin həllinə çox ciddi təsir edən dövlətdir. Bundan başqa, Britaniya NATO-nun üzvüdür, Birləşmiş Ştatların Avropada ən böyük tərəfdaşıdır. Bu baxımdan İngiltərənin BP şirkəti ilə işbirliyi Azərbaycana müəyyən dividentlər gətirir. İngiltərədə belə bir ifadə var ki, BP-nin istədiyi, Britaniya hökumətinin istədiyidir. Bu o deməkdir ki, BP-nin yürütdüyü siyasətin Böyük Britaniyanın siyasətinə çox ciddi şəkildə təsiri var.
25-75 NİSBƏTİ DƏYİŞƏCƏKMİ?
1994-cü ildə «Əsrin müqaviləsi» imzalananda ekspertlər bildirirdilər ki, Azərbaycan bu müqavilədən əldə etdiyi gəliri energetika infrastrukturunun inkişafına yönəltməlidir ki, gələcəkdə pay bölgüsü ölkənin maraqlarına uyğun olsun. «Əsrin müqaviləsi»ndə Azərbaycanın payı cəmi 25 faizdir. İlham Şaban isə deyir ki, belə çətin kəşfiyyat işlərinin texniki təchizatı yaxın illərdə Azərbaycanın imkanları xaricində olacaq:
- Dənizin 500 metr dərinliyində yerləşən «Abşeron» yatağında 6,5 kilometr dərinlikdə quyunun qazılması təxminən 100 milyon dollar dəyərindədir. Həmin ərazidə suyun dərinliyi 800 metrə yaxındır. Kollektorun dərinliyi isə təxminən 7000 metrdir. Yeni yataqlarda isə təkcə quyuların qazılmasına 150 milyon dollar xərclənə bilər. Belə çətin geoloji strukturu olan yataqları işlətmək üçün heç iri karbohidrogen ehtiyatları olan Rusiya və İranın da texnikası yoxdur. Dünyada bu cür texniki imkanlar bir neçə şirkətdə var ki, onlardan da biri BP-dir.
NEFTLİ ORDU
Politoloq Vəfa Quluzadə də düşünür ki, neft Azərbaycanı xarici aləmlə bağlayan əsas faktordur və onun imkanlarından ölkənin maraqları üçün maksimum yararlanmaq gərəkdir:
- Neft, neft kəmərlərinin diversifikasiyası Azərbaycana xeyir gətirir. Heç bir ölkəyə imkan vermir ki, öz iradəsini Azərbaycana diqtə etsin. Neft Azərbaycanın əsas sərvətidir. Hakimiyyət bu sərvəti ölkəni inkişaf etdirməyə, işğal altında olan torpaqları azad edəcək ordunu qurmağa sərf etməlidir. Çünki zaman keçdikcə sülh danışıqlarının heç bir nəticə vermədiyi daha aydın görünür. Dövləti və xalqı torpaqları işğaldan azad etməyə hazırlamaq, bunun üçün isə ictimai, sosial problemləri çözmək gərəkdir. Bu səbəbdən hesab edirəm ki, Azərbaycanın energetika sahəsində Avropa, Britaniya, ABŞ-la işbirliyi bəyəniləndir.