Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.
Bundan bir neçə gün əvvəl isə iğtişaşların iştirakçıları olan 3 nəfər saxlanılıb.
Hazırda hadisənin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində əməliyyat-istintaq və axtarış tədbirləri davam etdirilir.
Binəqədi rayon Polis İdarəsindən həmçinin bildirilib ki, hadisə nəticəsində xəsarət alan polis əməkdaşlarının hamısı evə buraxılıb.
Sulutəpə qəsəbəsi ərazisində, Hökməli kəndi yaxınlığında vətəndaşlarla rəsmi şəxslər arasında qarşıdurma avqustun 5-də baş verib. Nəticədə neft şirkəti işçilərindən və polis əməkdaşlarından 20 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla əlaqədar Bakı şəhər Prokurorluğunda cinayət işi başlanıb.