Çeçenistan prezidenti Ramzan Kadırovun portreti, sitatları şəhərin küçələrini bəzəyir, atasının adına məscid, tikdirib, orden təsis edib, Rusiya prezidenti Putinin adına küçə verdirib.
Aeroportun fasadına prezidentin sitatını da həkk ediblər: "Vətənpərvərliyin yeganə sübutu əməldir".
Ramzan Kadırov Qroznıda Mədəniyyət Departamentinin yeni inzibati binasının açılış mərasimində çıxış edir. Arxada özünün və atası - keçmiş prezident Axmat Kadırovun portretləri. 2 avqust 2009.
Hələ Çeçenistanın baş naziri olarkən Ramzan Kadırovun evinin həyəti. Dekorativ bitkilərdən "Ramzan" sözü "yazılıb". Gudermes, 3 iyul 2006
Keçmiş prezident Axmat Kadırovun xatirəsinə keçirilən rəsm sərgisi. 1 iyul 2009
Prezident Axmat Kadırov terror aktı nəticəsində öldürüləndən sonra onu bu vəzifədə oğlu əvəzləyib. Ata Kadırovun portretlərini rəssam Aleksey Belyayev-Gintovt çəkib.
Bu da Axmat Kadırov ordeni.
Ramzan Kadırov Çeçenistan Konstitusiyası Günü münasibətilə tədbirdə çıxış edir. 23 mart 2009
Qroznıda Avropanın ən böyük məscidi. Məscid prezidentin atası Axmat Kadırovun adını daşıyır.
Axmat Kadırov məscidinin açılış mərasimi. 17 oktyabr 2008
Rusiyanın baş naziri Vladimir Putin Axmat Kadırov məscidində. 16 oktyabr 2008
Çeçenistan prezidenti Ramzan Kadırov və Rusiya prezidentinin cənub federal dairəsi üzrə nümayəndəsi Vladimir Ustinov Qroznıda Vladimir Putin küçəsinin təməlqoyma mərasimində. 6 oktyabr 2008
Bu da hazır Putin prospekti
Putin (keçmiş Pobeda prospekti) Qroznının ən təmiz küçələrindəndir.
Putinin ad günü münasibətilə yürüş. Qroznı, 10 iyul, 2007
Ramzan Kadırov və Vladimir Putinin bilbordları Qroznının bir küçəsində.
Qroznının mərkəzi - Axmat Kadırov xiyabanı (keşmiş Lenin xiyabanı).
Ramzan Kadırovun Qroznıdakı bilbordlarından biri.
Axmad Kadırovun Qroznıda - Daxili İşlər Nazirliyinə yaxın ərazidə heykəli