Novruzəli Məmmədovun ölümünün səbəbləri ilə bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu barədə AzadlıqRadiosuna Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov məlumat verib.
Ancaq M.Sadıqov deyib ki, hələ ki, ölümün səbəbləri ilə bağlı Məhkəmə Tibbi Ekspertizanın yekun rəyi hazır deyil. İlkin rəydə isə ölümün baş beyin damarlarının kəskin trambozundan baş verdiyi bildirilirdi.
Talış Mədəniyyət Mərkəzinin və «Tolışi sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədov avqustun 17-də Penitensiar Xidmətin müalicə müəssisəsində vəfat edib. İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırılan N.Məmmədov 2007-ci ildə məhkəmənin hökmü ilə 10 il həbs cəzası almışdı.