Demokrat partiyasından olan konqressmen Ceyms Moran gənc fəallar Emin Milli və Adnan Hacızadənin işi ilə bağlı dövlət katibi Hillari Klintona ünvanladığı məktubunda belə yazıb.
Cənab Moran daha sonra yazır: «Azərbaycanda hüquqi sistemin zəif olması ilə əlaqədar Hacızadə və Millinin məhkəməsinin ədalətli keçməyəcəyindən narahatam. Dövlət Departamenti onların işi üzrə məhkəmənin ədalətli olması üzrə hər-hansı addımlar atırmı? ABŞ-ın, harada olursa olsun, söz azadlığının boğulmasından narahat olduğunu göstərməsi vacibdir».
OL Gənclər Hərəkatının həmtəsisçisi Adnan Hacızadəylə AN Gənclər şəbəkəsinin təsisçilərindən Emin Milli bu il iyulun 8-də Livan restoranındakı münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda ittiham olunurlar. Gənclər özlərisə bu ittihamı qəbul etmirlər.
Beynəlxalq qurumlar onların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirlər.
Məhkəmə hər iki gənclə bağlı iki aylıq həbs-qətimkan tədbiri seçib.