«Ordu potensialımız imkan verir ki, əgər Dağlıq Qarabağın işğaldan azad olunması danışıqlar yolu ilə həllini tapmasa, Azərbaycan istənilən yolla öz ərazi bütövlüyünü bərpa edə bilər. Bu, bizim daxili işimizdir və heç kim bu işə müdaxilə edə, Azərbaycanı haqlı siyasətindən döndərə bilməz».
Bu, prezident İlham Əliyevin bölgələrə səfəri zamanı demək olar ki, hər dəfə əhali qarşısında çıxışlarda söylədiyi fikirlərdir.
PUTİNİN İSMARIŞI
Rusiyanın Baş naziri Vladimir Putin isə avqustun 26-da bəyan edib ki, onun ölkəsi Qafqazda revanş və hərbi avantüraların təkrarlanması cəhdlərinə imkan verməyəcək. Hadisələr diqqətlə izləniləcək və adekvat cavab veriləcək.
Putinin bu bəyanatı Azərbaycanda birmənalı qarşılanmayıb. Bəzi politoloqlar hesab edirlər ki, bu, region dövlətlərinə, o cümlədən də Azərbaycana yönəlmiş hədədir. Ancaq bunun əksini düşünənlər də var.
«PUTİNİN BU BƏYANATININ AZƏRBAYCANA DƏXLİ YOXDUR»
YAP icra katibinin müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü deputat Mübariz Qurbanlı hesab edir ki, V.Putinin bu bəyanatının Azərbaycana dəxli yoxdur. O, Şimali Qafqazı nəzərdə tutur. Çünki son vaxtlar Şimali Qafqazda terror aktları, Rusiyaya qarşı çıxışlar geniş vüsət alıb. Həmçinin Gürcüstan təbii olaraq Abxaziya və Cənubi Osetiyanı işğaldan azad etmək üçün diplomatik səylərlə yanaşı hərbi hazırlıqlarını da davam etdirir. Bu çıxış da bütün bunların arxasında bəzi xarici qüvvələrin dayandığına işarədir:
«Putin bir növ bu çıxışı ilə həmin xarici qüvvələrə ismarış verir ki, Rusiya sakit dayanmayacaq və müəyyən addımlar atmaqla bölgədəki maraqlarını qoruyacaq. Ona görə də bizim Ermənistanın işğal etdiyi ərazilərimizin azad edilməsi ilə bağlı atacağımız addımlara bu çıxışın, ismarışın aidiyyəti yoxdur».
«PUTİNİN BƏYANATI HƏDƏLƏYİCİ XARAKTER DAŞIYIR»
«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə hesab edir ki, bəyanat birmənalı şəkildə Cənubi Qafqaza, o cümlədən də Azərbaycana aiddir.
Onun sözlərinə görə, hazırda Rusiyanın əsas marağı Cənubi Qafqaz ölkələrinə, Xəzər hövzəsinin enerji resurslarına yönəlib. Ancaq bununla belə, bu bölgədə Rusiya Qərblə nə maliyyə və iqtisadi, nə də texnoloji və cəlbedicilik baxımdan rəqabət aparmaq iqtidarında deyil.
Politoloq deyir ki, Rusiyanın Cənubi Qafqaz bölgəsinə tətbiq edə biləcəyi yeganə vasitə hərbi-siyasi vasitədir. Yəni Moskva regionda yaratmış olduğu münaqişə ocaqlarının işə salınması və yenilərinin yaradılması yolu ilə Avropanı Rusiyanın enerji əsarətində saxlamaq istəyir. Rusiya Baş nazirinin bu bəyanatı ilk növbədə bölgə dövlətlərini və burada marağı olan beynəlxalq dairələri hərbi əməliyyatlarla, pozuculuqla hədələməkdən ibarətdir:
«Artıq Rusiyanın cənubunda - yəni Şimali Qafqazda baş verən hadisələrin Cənubi Qafqaza keçmək ehtimalı çox yüksəkdir. Bu da eyni zamanda Dağıstanda yaşayan milli azlıqlarla (hansılarının ki, nümayəndələri Azərbaycanda yaşayır) yeni münaqişə ocaqları yaranması deməkdir. Mənə elə gəlir ki, Putinin bu bəyanatının mahiyyəti bir növ hədələyici xarakter daşıyır».
Ə.Oruclu əlavə edir ki, Rusiyanın Şimali Qafqazda yeritdiyi yanlış siyasət artıq özü üçün təhlükəyə çevrilib. Rusiya bu problemi əsaslı şəkildə çözə bilməyəndə, ondan Cənubi Qafqaza qarşı istifadə edəcəyi istisna deyil.
«AZƏRBAYCANLA RUSİYANIN MÖVQELƏRİ ZİDDİYYƏT TƏŞKİL EDİR»
Politoloq Zərdüşt Əlizadə isə məsələyə başqa aspektdən yanaşır. Onun sözlərinə görə, Azərbaycan prezidenti bəyan edir ki, lazım gəlsə, torpaqları hərbi yolla azad ediləcək. Rusiyanın Baş naziri isə bölgədə belə hərəkətlərə imkan verməyəcəklərini bildirir. Bu isə o deməkdir ki, Azərbaycanla Rusiyanın mövqeləri ziddiyyət təşkil edir. Ona görə də Azərbaycan daha çox Qərbə meyllənməli və eyni zamanda, hərbi qüdrətini gücləndirməlidir. Çünki Rusiya ciddi müharibə aparmağa qadir deyil:
«Əgər Azərbaycan Qərblə kifayət qədər sıx əməkdaşlıq yaratsa, cəmiyyətdə dərəbəyiliyə, korrupsiyaya, qanunsuzluğa son qoyub təəssübkeş cəmiyyət quruculuğuna başlasa, Rusiya heç vaxt cürət edib Azərbaycana zor işlətməz».
Z.Əlizadənin fikrincə, indiki halda Azərbaycanın mövqeyi çox zəifdir:
«Çünki Qərb onu dəstəkləmir. Qərb ictimai rəyi də ona qarşıdır. Və faktiki olaraq Azərbaycanın ordusu da revanş deyilən əməliyyatı həyata keçirməyə qadir deyil».