Tbilisi Abxaziyanın blokadasını pozanları cəzalandırır
Suxumiyə yanacaq daşıyan Türkiyənin «Buket» tankerinin kapitanı Mehmet Coşkun Öztürkün sentyabrın 1-də Kutaisi məhkəməsinin qərarıyla 24 il həbs cəzası alması yenidən Gürcüstan və Abxaziya regionunda qarşılıqlı hədələrin eşidilməsinə səbəb olub. Türk gəmisinin heyəti Tbilisinin icazəsi olmadan abxaz separatçılarına yanacaq daşımağa, başqa sözlə, blokada şərtlərinin pozmağa görə həbs edilib.
Abxazlar gürcü gəmilərini məhv etməklə hədələyir
Abxaziya separatçılarının lideri bunun ardınca abxaz sularına girəcək gürcü gəmilərinin məhv ediləcəyini bildirib.
Sergey Baqapş «Interfax» agentliyinə deyib: «Mən dənizçilərimizə xəbərdarlıq eləmişəm ki, Abxaziyanın dəniz sərhədlini keçəcək istənilən gürcü gəmisinə atəş açsınlar. Bu, Gürcüstanın elədiyi dəniz quldurluğuna cavabdır».
Dəniz blokadası əslində varmı?
Bu bəyanat abxaz separatçılarının Gürcüstanın bir il əvvəlki müharibədən sonra Abxaziyanı dənizdən blokadaya almasına ən sərt cavabı olub. Bu blokada nəticəsində Abxaziya tam olaraq əhatəyə alınmayıb, Rusiyayla sərhədlərini yenə də nəzarətdə saxlaya bilir.
Tbilisi yenə Rusiyanı ittiham edir
Abxaz tərəfinin bu bəyanatından sonra rəsmi Tbilisi bildirib ki, gürcü gəmilərinə istənilən hücuma görə, Abxaziya separatçılarının sərhədlərini dənizdən və qurudan qoruyan Rusiya məsuliyyət daşıyacaq.
Gürcüstanın Daxili İşlər Nazirliyi bu mövqeyini «Abxaziya hərbi dəniz qüvvələrinin olmamasıyla» izah eləyib. Nazirliyin sözçüsü Şota Utiaşvili deyib ki, «Abxaz ərazi suları yoxdur, çünki bu dəniz sərhədləri Gürcüstana aiddir. Əgər Gürcüstanın öz sularında gürcü gəmiləri hücuma məruz qalsa, separatçıları yox, birbaşa olaraq Rusiyanı cavabdeh görəcəklər».
Baqapş cinayətkardır və cəzasını alacaq
Gürcüstanın Xarici İşlər naziri Qriqol Vaşadze isə Baqapşın açıqlamalarıyla bağlı bunları deyib:
«Baqapşın sözləriylə Xarici İşlər naziri yox, Baş prokurorluq, Daxili İşlər və Ədliyyə nazirlikləri məşğul olmalıdır. Çünki istənilən cinayətkar həbsxanada olmalıdır, o da məhz gürcü həbsxanasında oturacaq».
Tbilisi müttəfiqlərini köməyə çağırır
Gürcüstan parlamentinin Avrointeqrasiya Komitəsinin rəhbəri Davit Darçiaşvili AzadlıqRadiosuna bildirib ki, son hədələrlə bağlı müttəfiqlərini – ATƏT-i, NATO-nu və Avropa Birliyini xəbərdar edəcəklər.
Rusiya hərbçiləri daha öncə xəbərdarlıq edib
Rusiya Sərhəd Qoşunları komandanı general Yevgeni İnçin ötən cümə bəyan eləmişdi ki, silahlı qüvvələrinə abxaz sularına girən gəmilərinin təhlükəsizliyini təmin eləmək göstərişi verəcəklər.
Amma «Interfax»a müsahibə verən abxaz separatçılarının lideri Baqapş özlərinin hərbi dəniz qüvvələrinin olduğunu vurğulayıb. Gürcü gəmilərinə qarşı əməliyyatlarda da rus dənizçilərinin iştirak eləməyəcəyini deyib.