«Sulutəpədəki bütün qanunsuz tikililər söküləcək». Bunu AzadlıqRadiosuna müsahibəsində Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, ərazidəki söküntü işləri davam etdiriləcək.
Binəqədi rayonun Sulutəpə qəsəbəsi Dövlət Neft Şirkətinin ərazisidir.
Keçən ay polis ərazidəki qanunsuz evləri sökməyə cəhd etmişdi, sakinlər müqavimət göstərmişdilər. Nəticədə neft şirkətinin işçilərindən və polis əməkdaşlarından 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.
Bu faktla bağlı cinayət işi açılıb. Sulutəpə və Höküməli kəndlərinin bir neçə nəfər sakini saxlanılıb.