Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru Nodar Şaşıqoğlu «Ən yaşlı» teatr aktyoru kimi Ginnesin Rekordlar kitabına düşməyə namizəddir. Bu barədə teatrın direktor müavini Valentina Roznikova SİA-ya məlumat verib.
Onun sözlərinə görə, yeni mövsümün açılışında təqdim ediləcək yeni tamaşada rol alan Azərbaycan və Rusiyanın xalq artisti Nodar Şaşıqoğlu 82 yaşında səhnəyə çıxaraq bir daha öz aktyorluq məharətini göstərəcək.
Nodar Şaşıqoğlu səhnədə olan zaman xarici ölkələrdən gələn Ginnesin Rekordlar kitabının nümayəndələri 82 yaşlı aktyoru izləyəcək.
Nodar Şaşıqoğlu çoxsaylı filmlərdə baş rolları ifa edib. Onların içərisində daha çox yadda qalanı partizan Mehdi Hüseynzadənin («Mixaylo») obrazıdır.