Prezident İlham Əliyev dünən Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra Azərbaycan Televiziyasına (AzTV) müsahibə verib. O, Qarabağ danışıqlarının gedişi, Türkiyə-Ermənistan protokollarının imzalanması, bu iki ölkə arasında sərhədin açılması ilə yarana biləcək vəziyyət, Türkiyə ilə qaz danışıqları barədə fikirlərini açıqlayıb.
- Cənab Prezident, Ermənistan prezidenti ilə növbəti görüşünüz oldu. Naxçıvanda türkdilli ölkələrin dövlət başçılarının sammitində qeyd etdiniz ki, hazırda danışıqlar son mərhələsindədir. Bu baxımdan bugünkü görüşün nəticələri barədə nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, danışıqlar uzun illərdir ki, aparılır. Əfsuslar olsun ki, hələ heç bir nəticə yoxdur. Mən qeyd etmişdim ki, artıq danışıqlar son mərhələsindədir və bu mərhələdə həlledici qərarlar qəbul edilməlidir. Bizim mövqeyimiz dəyişməz olaraq qalır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Erməni silahlı qüvvələri bizim işğal olunmuş bütün torpaqlardan çıxarılmalıdır. Bizim məcburi köçkün soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar.
Bizim mövqeyimiz, eyni zamanda, bütün beynəlxalq hüquq normalarına əsaslanır. Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul edilibdir. Digər beynəlxalq təşkilatların qərarları və qətnamələri vardır. Bir sözlə, beynəlxalq hüquq baxımından bizim mövqeyimiz çox güclüdür.
Danışıqlara gəldikdə, deyə bilərəm ki, müsbət dinamika vardır. Əgər bu olmasaydı, indiyə qədər bu danışıqlar aparılmazdı. Danışıqlara bizim sadiq qalmağımızın əsas səbəbi ondan ibarətdir ki, danışıqlar prosesində çətin də olsa, irəliləyiş vardır.
Son 5-6 il ərzində çox vacib məsələlər razılaşdırılıb. İlk növbədə, Ermənistan qüvvələri Dağlıq Qarabağın ətrafında yerləşən bütün işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Bu, deyə bilərəm ki, danışıqlar prosesində böyük irəliləyişdir. Çünki 4-5 il bundan əvvəl 4 rayonun, ondan sonra 5 rayonun boşaldılmasından söhbət gedirdi. Ancaq danışıqlar prosesində atılan addımlar nəticəsində bu gün artıq deyə bilərəm ki, bu, razılaşdırılıbdır.
Danışıqların xüsusiyyəti ondan ibarətdir ki, hər şey razılaşdırılmayana qədər heç nə razılaşdırılmır. Bu o deməkdir ki, biz bütün məsələləri həll etməliyik. Ancaq biz o halda böyük sülh müqaviləsinə yaxınlaşa bilərik.
Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunmalıdır və Dağlıq Qarabağda yaşayan ermənilər və Dağlıq Qarabağa qayıdacaq azərbaycanlılar gələcəkdə yüksək muxtariyyət şəraitində yaşamalıdırlar. Bu da, eyni zamanda, dünyanın ən müsbət təcrübəsini özündə ehtiva edən bir yanaşmadır. Çox demokratik yanaşmadır və məsələ ancaq bu yolla öz həllini tapa bilər.
Kişinyov danışıqlarına dünyada və bölgədə çox böyük maraq var idi. Çünki artıq hamıya bəllidir ki, danışıqlar son mərhələsindədir və xüsusilə ermənilər konstruktiv mövqe tutarlarsa bu, danışıqlarda müsbət nəticəyə gətirib çıxara bilər. Bir daha demək istəyirəm ki, bizim mövqeyimiz dəyişməz olaraq qalır. Biz bütün proseslərdə öz mövqeyimizi müdafiə etmişik.
Ancaq əfsuslar olsun ki, Kişinyov görüşü nəticəsiz qaldı. Bəli, yenə də qeyd etməliyəm ki, müəyyən məsələlərdə müəyyən, o qədər də böyük olmayan tərəqqi vardır. Ancaq əfsuslar olsun ki, tərəflər müzakirə edilən əsas məsələlərdə razılığa gələ bilməyiblər. Bunun da səbəbi, bir daha demək istəyirəm ki, Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Biz danışıqlarda həm beynəlxalq hüquq normalarına əsaslanırıq, eyni zamanda, danışıqları konstruktiv şəkildə aparırıq. Biz başqa tərəfin narahatlığını başa düşməyə çalışırıq.
Biz başa düşürük ki, bu gün Dağlıq Qarabağda yaşayan əhali təhlükəsizlik təminatını almalıdır. Eyni zamanda, işğaldan sonra öz torpaqlarına qayıdacaq Azərbaycan əhalisi də təhlükəsizlik təminatı almalıdır. Dağlıq Qarabağa, Şuşaya qayıdacaq azərbaycanlılar da təhlükəsizlik təminatı almalıdırlar. Yəni bu proses paralel şəkildə aparılmalıdır və bölgədə yaşayan bütün insanların təhlükəsizliyi eyni dərəcədə vacibdir.
Belə olan halda, bir daha demək istəyirəm ki, bizim prinsipial mövqeyimiz, danışıqlarda nümayiş etdirilən yanaşmamız beynəlxalq hüquqa əsaslanır. Ümid edirəm ki, Ermənistan tərəfi nəhayət konstruktivlik nümayiş etdirərək, çox vacib addımlar atacaq, işğal edilmiş torpaqlardan öz qoşunlarını çıxaracaq və beləliklə bölgədə sülh təmin olunacaq, bütün kommunikasiyalar açılacaq və geniş mənada əməkdaşlıq başlanacaqdır.
Dağlıq Qarabağ münaqişəsi həll edilməmiş bölgədə heç bir müsbət meyil gözlənilmir. Əgər kimsə fikirləşir ki, bölgədəki mövcud problemlərin bəzilərini asanlıqla həll etmək olar, mən buna şübhə ilə yanaşıram. Çünki bölgənin əsas problemi, əsas məsələsi Dağlıq Qarabağ münaqişəsidir. İlk növbədə bu münaqişə öz həllini tapmalıdır. Bundan sonra bütün başqa məsələlər də öz həllini tapa bilər.
- Cənab Prezident, oktyabrın 10-da Türkiyə ilə Ermənistan arasında münasibətlərin nizamlanmasını nəzərdə tutan protokolların imzalanması planlaşdırılır və məlumdur ki, Dağlıq Qarabağ məsələsi bu protokollarda öz əksini tapmayıb. Bununla bağlı Azərbaycanın mövqeyi necədir?
- Azərbaycan öz mövqeyini dəfələrlə bəyan edib. Bu məsələ hələ aprel ayında gündəliyə salınanda Azərbaycan öz mövqeyini bildirmişdi. Mən də öz çıxışlarımda bu məsələyə toxunmuşdum. Xarici İşlər Nazirliyi rəsmi bəyanatla çıxış etmişdir. Mövqeyimiz ondan ibarətdir ki, biz başqa ölkələr arasında yaranan, yaxud da ki, yarana biləcək münasibətlərə müdaxilə etmirik. Bunu yolverilməz sayırıq.
Eyni qaydada, biz öz daxili işlərimizə kiminsə qarışmasını da arzulamırıq və buna imkan vermirik. Azərbaycan heç vaxt başqa ölkələrin nə daxili işlərinə, nə də ölkələr arasında münasibətlərə qarışıb. Bu, birinci məsələdir.
Heç kəs üçün sirr deyil ki, Türkiyə-Ermənistan sərhədinin bağlanmasının başlıca səbəbi və tək səbəbi Kəlbəcər rayonunun işğal altına düşməsi olmuşdur. Yəni məhz buna görə Türkiyə-Ermənistan sərhədi bağlandı və bu günə qədər belə vəziyyətdə qalır. Təbii ki, səbəb aradan qaldırılandan sonra sərhəd açıla bilər. Bu, bizim mövqeyimizdir. Eyni zamanda, Türkiyə rəhbərləri də bu məsələ ilə əlaqədar dəfələrlə öz mövqelərini bildirmişlər. Mən ümid edirəm ki, bu mövqe üstünlük təşkil edəcək və protokollarda, onların praktiki icrasında bu amil nəzərə alınacaqdır.
Siz qeyd etdiniz və bizdə olan məlumata görə bu protokollarda Dağlıq Qarabağ məsələsinin həlli nəzərdə tutulmur. Ancaq bununla bərabər, Türkiyənin rəhbərləri rəsmi bəyanatlarda və şəxsi görüşlər əsnasında dəfələrlə bizə bildirmişlər ki, Dağlıq Qarabağ məsələsi həll olunmayana qədər Türkiyə-Ermənistan protokolları məclis tərəfindən təsdiqlənməyəcək və beləliklə sərhədlər açılmayacaqdır. Bunu Türkiyənin Prezidenti demişdir, Baş naziri demişdir, Türkiyə parlamentinin sədri demişdir, Türkiyənin xarici işlər naziri demişdir və biz buna inanırıq. İnanırıq ki, belə də olacaqdır. Belə olan halda bölgəyə sülh gələ bilər. Belə olan halda bölgədəki bütün ölkələr bu vəziyyətdən uğurla istifadə edib öz aralarında bütün məsələləri həll edə bilərlər. Ancaq bu halda bölgədə genişmiqyaslı əməkdaşlıq yarana bilər.
Bəzən belə fikirlər də səslənir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, sərhədlərin açılması gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərə bilər. Mən bu fikirləri bölüşmürəm. Çünki mən hesab edirəm ki, əgər Türkiyə-Ermənistan münasibətləri Dağlıq Qarabağ məsələsinin həllindən əvvəl tənzimlənərsə, o zaman Ermənistanın mövqeyi danışıqlar prosesində daha da sərtləşə bilər.
Ermənistan bunu bir növ öz siyasi və diplomatik uğuru kimi təqdim etməyə çalışacaq və çox güman ki, danışıqlarda daha da sərt və qəbulolunmaz mövqe tutacaqdır. Bunu deməyə kifayət qədər əsas vardır. Danışıqlar prosesi və danışıqlar prosesində müxtəlif mərhələlərdə yaşanan hadisələr bunu deməyə əsas verir.
Mən tam əminəm ki, iki proses - Dağlıq Qarabağ münaqişəsinin həlli və Türkiyə-Ermənistan sərhədlərinin açılması prosesləri paralel şəkildə getməlidir. Bu proseslər arasında rəsmi də olmasa, qeyri-rəsmi bağlantı vardır. Bu bağlantı saxlanılmalıdır və iki məsələ paralel şəkildə eyni anda həll olunmalıdır.
Əks təqdirdə bölgədə status-kvo mənfi tərəfə dəyişə bilər. Status-kvonun dəyişməsi çox vacibdir. Çünki bizim torpaqlarımız uzun illərdir ki, işğal altındadır. Biz buna nə vaxta qədər dözəcəyik?! Ancaq status-kvo əgər mənfi tərəfə dəyişərsə, bölgədə xoşagəlməz proseslərin başlanmasına gətirib çıxara bilər. Hələ ümid edirik ki, Dağlıq Qarabağ məsələsini biz danışıqlar yolu ilə həll edə bilərik.
Əgər bu ümidlər tükənsəydi, biz bir dəqiqə də danışıqlarda iştirak etməzdik. Ancaq bölgədə gedən proseslər və böyük dövlətlərin bu məsələyə qoşulması, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həllinə öz müsbət təsirini göstərməlidir. Mən inanıram ki, belə də olacaqdır.
Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq münasibətləri çox yüksək səviyyədədir və bir daha demək istəyirəm ki, mən verilən sözlərə inanıram. Türkiyə rəhbərləri tərəfindən verilən açıqlamalara inanıram və əminəm ki, Dağlıq Qarabağ məsələsi həll olunmayana qədər Türkiyə-Ermənistan sərhədləri açılmayacaqdır.
- Cənab Prezident, Ermənistan prezidenti bu yaxınlarda xarici ölkələrə səfər edərkən erməni diasporunun təhqir və təzyiqləri ilə üzləşib. Sizcə bunun səbəbi nədədir?
- Bilirsiniz, bir daha qeyd etmək istəyirəm ki, biz bu bölgədə yaşayırıq, bölgənin bütün problemlərini yaxşı bilirik. Həm tarixini, həm bugünkü reallıqlarını bilirik və əlbəttə ki, bizim üçün nəyisə proqnozlaşdırmaq, təxmin etmək daha asandır, nəinki bölgədə yaşamayan siyasətçilər, yaxud da ki, dövlət xadimləri üçün.
Dediyiniz kimi, Ermənistan prezidenti bu xarici səfərdə böyük təzyiqlərlə üzləşmişdir. Sözün düzü, bu səfərin mənasını biz axıra qədər anlamırıq. Çünki, bildiyiniz kimi, uzun müddətdir ki, Türkiyə ilə Ermənistan arasında protokolların imzalanma günü təyin edilmişdir və bu tarix Türkiyə və Ermənistan tərəfindən razılaşdırılmışdır.
Belə olan halda bu ərəfədə diaspor nümayəndələri ilə görüş, məncə, formal xarakter daşıyırdı. Çünki, artıq tarix bəlli, protokolların mətni bəlli və onların dəyişməsinə heç bir imkan yox. Sadəcə olaraq bu, formal xarakter daşıyırdı. Amma özlüyündə bir göstəricidir. Baxın, bu normallaşma prosesi nəyə gətirib çıxarır.
Ermənistanda demək olar ki, siyasi böhran yaşanır. Ermənistanda koalisiya dağıldı, Ermənistanın diaspor ilə əlaqələri sarsıldı. İlk dəfə olaraq Ermənistan prezidentini öz soydaşları xaricdə belə qarşılayırlar. Eyni zamanda, bu normallaşma əlbəttə ki, Azərbaycan cəmiyyətində də birmənalı qarşılanmır. Bu da həqiqətdir.
Azərbaycan cəmiyyəti, cəmiyyətin mütləq əksəriyyəti o fikirdədir ki, ancaq Dağlıq Qarabağ məsələsinin həlli ilə bərabər Türkiyə-Ermənistan sərhədləri açılmalıdır. Eyni zamanda, Türkiyədə də bu məsələ geniş diskussiyalara gətirib çıxarıb və bu diskussiyalar bəzi hallarda çox gərgin keçir. Yəni ortalıqda hələ heç nə yoxdur. Ancaq artıq, görün, nə qədər mənfi fəsadlar yaşanır. Ermənistanda bu məsələyə böyük etiraz vardır. Azərbaycanın da ictimai fikri bizim üçün bəllidir.
Türkiyənin özündə bu məsələ birmənalı qarşılanmır. Amma hələ ki, ortalıqda bir şey yoxdur. İmzalanacaq protokolların məclis tərəfindən təsdiqi də qeyri-müəyyəndir. Ona görə bölgədə hər bir addım ölçülüb-biçilməlidir, çox böyük təhlillər aparılmalıdır, proqnozlar verilməlidir. Proqnozlar reallıqlar əsasında verilməlidir. Biz elə etməliyik ki, bölgənin problemləri həll olunsun.
Ancaq, bəzi hallarda biz görürük ki, bölgədə yaşanan problemlər daha da dərinləşir. Ancaq bir şey də var, o da ondan ibarətdir ki, ilk dəfə hələ fevral ayında Ermənistan mətbuatında Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə əlaqədar dərc edilən məqalələr bir məqsədi güdürdü: Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirilsin. Ancaq bu gün Türkiyə-Ermənistan prosesinin davamı artıq Ermənistanda çox ciddi fəsadlara gətirib çıxarıb. Dediyim kimi, daxili vəziyyət gərginləşib, Ermənistan-diaspor münasibətləri pozulub.
- Cənab Prezident, məlumdur ki, Ermənistan işğalçı siyasətinə görə təcrid olunmuş vəziyyətdədir və əgər Ermənistan-Türkiyə sərhədləri açılarsa, Sizcə bu, Ermənistanda iqtisadi canlanmaya gətirib çıxara bilərmi?
- Bilirsiniz, Ermənistan iqtisadiyyatı hələ böhrandan əvvəl də çətin vəziyyətdə idi. Orada iqtisadi perspektivlər də o qədər ürəkaçan deyildir. Həm bazarın məhdud olması, həm yerli istehsalın o qədər də inkişaf etməməsi və həm də investisiya baxımından Ermənistan o qədər də cəlbedici ölkə deyildir.
Coğrafi vəziyyət, xüsusilə Azərbaycan və Türkiyə sərhədlərinin bağlı olması əlbəttə ki, çox böyük iqtisadi çətinliklər yaratmışdır. Böhranlı vəziyyətdə isə bu, özünü daha da qabarıq şəkildə büruzə verir. Rəsmi statistikaya görə, bu il Ermənistan iqtisadiyyatı təxminən 20 faiz aşağı düşübdür. Ona görə, bir o qədər də yaxşı vəziyyətdə olmayan iqtisadiyyatı canlandırmaq çox çətin olacaqdır.
Türkiyə-Ermənistan sərhədlərinin açılması daha çox mənəvi xarakter daşıyır. Eyni zamanda, müəyyən dərəcədə, əlbəttə, iqtisadiyyatın fəallaşmasına gətirib çıxara bilər. Ancaq belə deyərdim, bu, elə bil ki, bir oksigen maskasıdır. Oksigen maskası kömək edə bilər, oksigen maska ilə nəfəs almaq olar, ancaq normal yaşamaq mümkün deyildir.
- Cənab Prezident, bu sualımız mövzuya aid olmasa da, böyük maraq doğurur. Sualımız Türkiyə ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlıqla bağlıdır. Bildiyiniz kimi, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan may ayında Bakıda səfərdə olarkən qeyd etmişdi ki, hazırda mövcud qaz qiymətləri ədalətli deyildir. Bu qiymətlərin ədalətli olması üçün hansı işlər görülüb?
- Bəli, siz düzgün deyirsiniz. Hörmətli cənab Baş nazir Bakıda olarkən belə də dedi. Dedi ki, qiymətlər ədalətli deyil və biz çalışırıq ki, bu qiymətləri normal səviyyəyə gətirək. Bizim istəyimiz və danışıqlarda tutduğumuz mövqe beynəlxalq təcrübəyə əsaslanır. Bölgədə, yaxud da ki, dünyada başqa ölkələr arasında bu alqı-satqı məsələləri necə həll olunursa, bizim aramızda da eyni qaydada öz həllini tapmalıdır.
Əfsuslar olsun ki, hələ bir nəticə yoxdur. Qaz alqı-satqısı və qaz tranziti ilə bağlı danışıqlarda üç əsas məsələ vardır. Birinci məsələ qiymətdir, hansı ki, ədalətli olmalıdır. Biz bunu gözləyirik ki, ədalətli qiymət haqqında razılaşma tezliklə öz həllini tapacaqdır. İkinci məsələ gələcəkdə Türkiyəyə veriləcək qazın miqdarıdır. Bildiyiniz kimi, bu il Türkiyəyə təqribən 7 milyard kubmetr Azərbaycan qazı ixrac edilib. Hələ ki, ədalətli olmayan qiymətlə.
«Şahdəniz» layihəsinin ikinci fazasından çıxarılacaq qazın, eyni zamanda, Dövlət Neft Şirkəti tərəfindən digər yataqlardan çıxarılan və çıxarılacaq qazın hansı hissəsi Türkiyə bazarına çatdırılacaqdır? Biz bunu da müəyyən etməliyik. Bizim üçün, hər bir başqa ölkə üçün, eyni qaydada ixracımızın şaxələndirilməsi çox vacibdir. Biz neft sahəsində buna nail ola bilmişik.
Ona görə bizim neftimiz müxtəlif yollarla dünya və Avropa bazarlarına çıxarılır. Biz qaz sahəsində də mövcud olan bütün qaz kəmərlərimizdən istifadə etməliyik. Əlbəttə, Türkiyə bazarı bizim üçün çox maraqlıdır.
Bildiyiniz kimi, Rusiya ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlıq başlanır və əminəm ki, gələcəkdə bu, çox uğurlu əməkdaşlıq ola bilər. İran tərəfindən verilən təkliflər əsasında danışıqlar aparılır. İran bazarı da bizim üçün çox maraqlıdır. Azərbaycan qazının Türkiyə ərazisindən Avropa İttifaqı bazarına çıxarılması üçün də səylər göstərilir - həm Azərbaycan, həm Avropa ölkələri tərəfindən. Avropa İttifaqına üzv olan ölkələrlə ikitərəfli əsasda çox ciddi danışıqlar aparılır.
Yunanıstan, İtaliya, Rumıniya, Bolqarıstan, Macarıstan və digər ölkələrlə danışıqlar aparılır. Yəni Azərbaycanda kifayət qədər qaz resursları vardır. Bu, bizim böyük sərvətimizdir. Ancaq minimum təsdiq edilmiş qaz resurslarımız 2 trilyon kubmetr səviyyəsindədir. Amma real miqdar ondan ən azı 2 dəfə çoxdur.
Biz gərək bu qazı ixrac edək. Bunu ixrac etmək üçün gərək, çox böyük investisiyalar qoyulsun. «Şahdəniz» layihəsinin ikinci fazasına nəzərdə tutulmuş investisiyaların həcmi təxminən 20 milyard dollar səviyyəsindədir. Bu investisiyaları qoymaq üçün biz və bizim tərəfdaşlarımız, konsorsiumun üzvləri bilməliyik ki, bu qazı hara satacağıq. Tarif şərtləri necə olacaq, qiymət necə olacaq, biz bunu hansı miqdarda satacağıq.
Üçüncü məsələ isə, - yəni birinci qiymət, ikinci miqdar, üçüncü tarif haqlarıdır. Qiymət kimi tarif haqları da ədalətli olmalıdır və bölgədə mövcud olan bütün başqa tarif haqları ilə uzlaşmalıdır. Bax, bu üç məsələdə əfsuslar olsun ki, biz hələ Türkiyə tərəfi ilə danışıqlarda bir nəticəyə gələ bilməmişik. Mən bir daha demək istəyirəm ki, biz danışıqları xoş niyyətlə aparırıq.
Ancaq bununla bərabər, danışıqlarda müzakirə edilən məsələlər beynəlxalq təcrübəyə uyğun şəkildə öz həllini tapmalıdır. Belə olan halda Azərbaycan qazı Türkiyəyə daha da böyük həcmdə ixrac ediləcəkdir.