Sizin brauzer HTML5-i dəstəkləmir
Valideynlər özləri isə hələ də onlara övladları ilə davamlı görüş verilməməsindən şikayətlənirlər.
Oktyabrın 14-ü Emin Millinin ad günü olduğundan onun valideynləri görüş istəsələr də, buna icazə verilməyib.
***
QAT-çılar Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinə aparılıblar. Akif Nağının AzadlıqRadiosuna verdiyi məlumata görə, saxlananlar QAT-ın Ağsaqqallar Şurasının sədri Asif Məmmədov, təşkilatın digər üzvləri Şaiq Süleymanov, Mehman İsmayılov, İlqar Əliyev və Fərhad Ələkbərovdur.
Polis bölməsinə gətirilən QAT-çılarla görüşən bölmə rəisi onlara icazəsiz aksiya keçirməklərini irad tutub.
Hazırda bölmənin təhqiqat şöbəsində aksiyaçılardan izahat alınır.
***
Qarabağ Azadlıq Təşkilatı (QAT) oktyabrın 13-də Türkiyənin Bakıdakı səfirliyi qarşısında piket keçirməyə cəhd edib. Polis piketi dağıdıb.
Təşkilatın sədri Akif Nağı və bir neçə təşkilat üzvü polis tərəfindən saxlanaraq, Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə aparılıb.
AzadlıqRadiosunun müxbiri xəbər verir ki, aksiya iştirakçıları qətnamə qəbul ediblər. Lakin QAT-ın bu sənədini Türkiyə səfirliyindən qəbul edən olmayıb.
QAT Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşmasına dair protokolun imzalanmasına etiraz edir.
Sizin brauzer HTML5-i dəstəkləmir