Taha Akyol («Milliyet»)
«Çırpınırdı Qara dəniz, baxıb türkün bayrağına»
Azərbaycan iqtidarının Bakıdakı şəhidlər məzarında türk bayraqlarını endirməsi qeyri-adi dərəcədə hüznlü bir hadisədir. Bununla bağlı olaraq İlham Əliyev iqtidarına bir şeyi qısaca xatırlatmaq istəyirəm.
1918-ci ilin əvvəlləri. Birinci Dünya müharibəsində Osmanlı ordusu məğlub olmağa başlayıb. Bolşevik inqilabından sonra rus ordusu da parçalanmış, Qafqazda hərbi boşluq yaranmışdır. 28 mayda Müsavat Partiyasının lideri Məhəmməd Əmin Rəsulzadənin liderliyi altında Müstəqil Azərbaycan Respublikası elan edilmişdir. Ancaq hərbi boşluqdan istifadə edən erməni silahlıları ingilislərin də dəstəyi ilə hücuma keçərək qətliam törətmiş və əvvəlcə Gəncəni, sonra da Bakını almışlar. Rəsulzadənin yardım tələbindən sonra Ənvər paşa 29 yaşındakı general Nuru paşanın komandanlığında «Qafqaz islam ordusu» yaradaraq Azərbaycana getmək üçün əmr vermişdir. Bu ordu əvvəlcə Gəncəni, 15 sentyabrda isə Bakını xilas etmişdir. Bu əməliyyatlarda Azərbaycanı xilas etmək üçün türk ordusunun 1130 əsgəri şəhid olmuşdur. Böyük Azərbaycan şairi Əhməd Cavad «Çırpınırdı Qara dəniz» misraları ilə başlayan məşhur şeirini o vaxt yazmışdır:
Vəfalı türk gəldi yenə,
Salam türkün bayrağına!
MƏNƏVİ DƏYƏRLƏR BİR TƏRƏFƏ…
Bax, Əliyev iqtidarı Azərbaycanı xilas etmək üçün canını verən o şəhidlərin üstündəki bayrağı endirmişdir.
Azərbaycanı xilas etmək üçün Anadoludan və Balkan yarımadasından qoşaraq gəlib şəhid olan o cavanlar bayraqlarının azəri qardaşları tərəfindən endiriləcəyini xəyallarından belə keçirə bilməzdilər. Təəssüf ki, bu cür oldu. Mənəvi dəyərlər bir tərəfə, bu hadisə Bakının xarici siyasəti baxımından da böyük səhvdir.
Türkiyə ilə arası dəyən bir Azərbaycan Qarabağ məsələsində daha güclü olacaqmı? Qarabağ məsələsini həll etmək üçün Türkiyəsiz bir Azərbaycan Minsk qrupuna daha çox təsir göstərəcəkmi?
Türkiyənin bir çox yerində böyük dövlət adamı Heydər Əliyevin heykəlləri var və Azərbaycan bayraqları dalğalanmaqdadır.
Şəhidlər Xiyabanındakı türk bayrağını endirmək Bakının siyasi qərarıdır. Azərbaycan iqtidarının Türkiyədə ürəkləri daha çox fəth etməsi lazım idi. Əksinə, bayrağımızı endirərək bütün türklərin və Bursadakı matça Azərbaycan bayraqları ilə gələn minlərlə türkün qəlbini sındırmışdır. Bunun harası ağıllılıqdır?
Sami Kohen («Milliyet»)
Bakıdan gözlənilən şey...
Açığı, Bakıdakı türk şəhidlər məzarındakı hərəkət - Türkiyəni yaralamışdır. Azərbaycanda Türkiyəyə qarşı göstərilən bu reaksiya etimadsızlıqdan və əsəbləşməkdən irəli gəlir. Elə isə Ermənistanla açılımın ilk mərhələsindəki kommunikasiya əksikliyinə baxmayaraq, son vaxtlarda və illah da protokolların imzalanmasından sonra Ankara Bakını daima məlumatlandırmış və Əliyev hökumətinə lazımi təminatları da vermişdir.
Azərilər bunu anlamalıdırlar: Türkiyə Ermənistanla münasibətlərini normallaşdırmağa cəhd etməsinin əvəzində Azərbaycanın lehində öz gücündən istifadə etmək və beynəlxalq ictimaiyyəti Yerevana təzyiq göstərməyə məcbur etmək imkanı qazanmışdır. Açığı, türk diplomatiyasının əvvəllər belə bir imkanı yox idi. İndi Ankara bu üstünlükdən Azərbaycanın mənafeyinə istifadə etmək mövqeyindədir. Buna görə də azərilərin Türkiyənin bu ciddi-cəhdindən şübhə yox, razılıq duymaları lazımdır.
MÖVZU ƏTRAFINDA GEDƏN MÜZAKİRƏLƏRİ BURADA İZLƏYƏ BİLƏRSƏN