Amerikanın vitse-prezidenti Co Baydenin Rumıniya səfəri zamanı AzadlıqRadiosunun rumın xidməti ona Cənubi Qafqazdakı vəziyyətlə bağlı sual verib.
AzadlıqRadiosu: Cənubi Qafqaz enerji tranzit yolu kimi Şərqi Avropa üçün əhəmiyyətlidir.
Cənubi Qafqazda isə Rusiya-Gürcüstan müharibəsindən sonra dramatik dəyişikliklər baş verib. Rusiya Gürcüstanda işğal etdiyi yerlərdə möhkəmlənir. O biri tərəfdən, Türkiyə Ermənistanla sərhədləri açır, Dağlıq Qarabağ danışıqları güclənir.
Cənubi Qafqazda bir tərəfdən, çoxlu açılan imkanlar var, o biri tərəfdən çoxlu təhlükələr var. Amerika hökuməti bu imkanları və təhlükələri necə görür?
Co Bayden: Mən həmişə Uilyam Batler Yeatsın «Pasxa bazar günü, 1916» poemasını sitat gətirirəm. İrlandiyanın ilk dəfə ayağa qalxmasını təsvir edən bu poema Qafqazdakı indiki vəziyyəti çox gözəl təsvir edir.
Poemada deyilir ki, «Hər şey dəyişib. Tamam dəyişib. Dəhşətli gözəllik doğulub». Bu, nəhəng təhlükə və nəhəng imkan verir.
Mənim fikrimcə, baş verənlər, regionda yaşayan xalqların anlamağa başlamasıdır ki, bu xalqların öz maraqları daha böyük əməkdaşlıqdan keçir. Bu, zərurətdir və imkandır.
Eyni vaxtda Avropa da oyanır. Mən «oyanır» ifadəsini pis mənada demirəm, Avropa buradakı resursların Avropa bazarlarına çatdırılması üçün konstruktiv rol oynamağa başlayıb. Bu, çətin dövr olacaq.
Ancaq mənim fikrimcə, imkan təhlükədən çoxdur.
Mənim babam deyirdi ki, burda çoxlu bacarıq və bir az da bəxt lazımdır.
Mənim fikrimcə, baş verən müsbət hadisələr mənfi hadisələrdən çoxdur. Mən pessimistdən çox, optimistəm.