Noyabrın 9-da Azərbaycanda daha 8 nəfərin H1N1 virusuna yoluxduğu müəyyən edilib. Onların 3 nəfəri Ukraynadan, 1 nəfəri Türkiyədən gəlib, 3 nəfər Ukraynadan gəlmiş vətəndaşlarla təmasda olanlardır, 1 nəfər isə Böyük Britaniya vətəndaşıdır.
Bu barədə Səhiyyə Nazirliyinin Sanitariya Epidemioloji Nəzarət sektorunun müdiri Viktor Qasımov AzadlıqRadiosuna məlumat verib. Onun dediyinə görə, xəstələrin hamısının vəziyyəti kafidir, ağır olan yoxdur.
Bundan əvvəl noyabrın 4-dən başlayaraq 3 nəfər «donuz qripi»nə yoluxmuş xəstə müəyyən edilmişdi. Onlardan ikisi sağalıb evə buraxılıb. Hazırda Azərbaycanda 9 nəfər «donuz qripi» xəstəsi var.