Prezidentlərin görüşünün yaxın vaxtlarda keçirilməsi nəzərdə tutulub. Bunu jurnalistlərə xarici işlər nazirinin müavini Araz Əzimov deyib. Biz bu görüşdən nə gözlənilir sualına nazir müavinin cavabı belə olub:
«Birinci, əsaslı və prinsipial formada müzakirələrin aparılmasını, ikincisi qarşı tərəfin bu müzakirələrdə keçən görüşdə tutduğu mövqeyinin dəyişilməsini gözləyirik. Əgər Ermənistanın mövqeyində dəyişiklik olmasa, inkişafdan danışmaq mümkün olmayacaq».
O, bildirib ki, məsələyə münasibətdə Azərbaycanın mövqeyi aydındır «biz ərazi bütövlüyü çərçivəsində problemin həllini istəyirik. Azərbaycanın bu mövqeyi bütöv formada beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Biz Ermənistanın mövqeyində isə inkişafı əks istiqamətdə müşahidə edirik».
Xarici işlər nazirinin müavini Azərbaycanın öz mövqeyində kompromislərə yer saxladığını da vurğulayıb: «Azərbaycan körpünün ortasında dayanır və qarşı tərəfin bu nöqtəyə gəlməsini gözləyir. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyü çərçivəsində kompromisləri müzakirə etməyə hazırdırsa, bunu müzakirə etməyə biz də hazırıq».